Dağlıq
Qarabağın tarixinə
mükəmməl elmi
baxış
Akademik Ramiz Mehdiyevin
Moskvada "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" (rus dilində) kitabı çapdan
çıxmışdır. Kitabda Azərbaycanın
Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri
araşdırılır. Əsərin müəllifi
çoxsaylı ilk mənbələr və elmi ədəbiyyat
əsasında, ilk növbədə xarici dillərdə və
erməni dilində nəşr olunmuş mənbələrdəki
təkzibolunmaz faktik materiala istinad edərək Dağlıq
Qarabağin tarixin ən qədim dövrlərindən
başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi
olması və bu diyarın Azərbaycan xalqına məxsus
olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim
edir. Akademik Ramiz Mehdiyevin yeni kitabında zəngin tarixi faktlar əsasında
mühüm elmi-nəzəri ümumiləşdirmələr
aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü
surətdə törədilən süni maneələrə də
münasibət bildirilir.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev öz
çıxışlarında, o cümlədən
tarixçi alimlərlə görüşlərində həmişə
Azərbaycanın son ikiyüzillik tarixinin, yəni XIX-XX əsrlər
tarixinin yenidən tədqiq olunmasını, tarixin olduğu
kimi araşdırılması, dərk olunması və gələcək
nəsillərə doğru-düzgün
çatdırılmasının zəruri olduğunu
xüsusi olaraq vurğulayırdı. Ulu öndərin erməni
vandallarının Azərbaycan xalqına qarşı törətdikləri
soyqırımları, deportasiyalar barədə
imzaladığı dövlət sənədləri, Dədə
Qorqud dastanının 1300 illiyinin qeyd olunması, dövlətçilik
tariximizə, görkəmli tarixi şəxsiyyətlərimizə
verdiyi yüksək qiymət tarix elmimizi düzgün istiqamətə
yönəltdi. Və məlum oldu ki, Gülüstanda (1813) və
Türkmənçayda (1828) Azərbaycan ikiyə
bölündükdən sonra tariximiz nə qədər
amansızcasına təhrif olunmuş və
saxtalaşdırılmışdır. Azərbaycan xalqına
tamamilə bambaşqa bir saxta tarix sırınmış, o
öz torpaqlarının aborigen əhalisi deyil, kənardan gəlmə
"köçəri" və "yırtıcı"
bir etnos kimi qələmə verilmiş, çar
Rusiyasının vur-tut 200 il bundan əvvəl Azərbaycan
torpaqlarına köçürüb gətirdiyi ermənilər
isə bizim torpaqlarımızın, o cümlədən
Qarabağın, Naxçıvan, İrəvan ellərinin
aborigen - "ən qədim yerli əhalisi" kimi qələmə
verilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin ulu öndərin yolu ilə gedərək tarix
elminə xüsusi diqqət və qayğı göstərməsi
sayəsində bu istiqamətdə tədqiqatlar daha da
genişləndirildi. Ölkə başçısının
çağırışları, tövsiyə və
tapşırıqları ilə Tarix İnstitutunda
Qarabağın, Naxçıvanın, İrəvan
xanlığının, xalqımıza qarşı
soyqırımlarının, itirilmiş
torpaqlarımızın tarixinə dair onlarla qiymətli əsərlər,
ilk mənbələr nəşr olundu, xarici ölkələrdən
Vətənə minlərlə qiymətli sənədlər
gətirildi və arxiv sənədləri topluları
işıq üzü gördü. Alimlərimizin əsərləri
Prezident İlham Əliyevin göstərişi ilə xarici
dillərə tərcümə edilərək dünya ölkələrində
yayıldı. Ölkə başçısının
birbaşa göstərişi ilə aparılan elmi tədqiqat
işlərinin genişləndirilməsi nəticəsində
artıq Azərbaycan informasiya müharibəsində ermənilərə
qalib gəlir. Bu baxımdan görkəmli tarixçi akademik
Ramiz Mehdiyevin elmi axtarışları, tarix elminin
ayrı-ayrı problemləri ilə bağlı nəşr
olunaraq dünyada yayılan qiymətli tədqiqatları
tariximizi təhrif edənlərin, xüsusilə erməni
saxtakarlarının ifşa olunmasında mühüm rol
oynayır. Alimin bu istiqamətdə apardığı
çoxsaylı elmi araşdırmaları içərisində
bu yaxınlarda Minsk qrupunu təmsil edən ölkələrdən
birinin paytaxtında - Moskvada rus dilində nəşr
olunmuş "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" kitabı xüsusilə diqqəti cəlb
edir.
Öncədən qeyd
etmək istərdim ki, müəllifin yeni əsəri
Dağlıq Qarabağın tarixi ilə bağlı ən qədim
dövrlərdən başlayaraq bu günə qədər ilk
mənbələrdə və elmi ədəbiyyatda olan faktik
materiallara əsaslanan və real tarixi doğru-düzgün əks
etdirən mükəmməl elmi-nəzəri araşdırmadır.
Bundan əvvəlki əsərlərində də olduğu
kimi, müəllif qələmə aldığı problemlə
bağlı indiyədək nəşr olunmuş, demək
olar ki, bütün əsərlərlə, o cümlədən
Azərbaycan alimlərinin tədqiqatları ilə dərindən
tanış olsa da, Moskvada nəşr olunmuş yeni monoqrafiyasında
da əsasən xarici dillərdə, o cümlədən erməni
dilində olan ilk mənbələrə və elmi əsərlərə
istinad edir, iqtibasları, demək olar ki, ancaq onlardan gətirir.
Beləliklə, alim xarici ölkələrin alimlərinə
tarixi həqiqətin ünvanını elə onların
öz dillərində olan ilk mənbələrdə və
elmi ədəbiyyatda olduğunu göstərir. Bu, əlbəttə,
sözkəsənlikdir və düzgün
düşünülmüş addımdır.
Akademik Ramiz Mehdiyev bəhs
etdiyimiz monoqrafiyasında Dağlıq Qarabağın tarixini
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi kontekstində
araşdırmışdır. Bununla da görkəmli alim bir
vətəndaş tədqiqatçı olaraq müasir mərhələdə
xalqımızın taleyüklü problemi olan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti
bütün incəlikləri və tarixi kökləri ilə
araşdırıb ortalığa çıxarmağı
qarşısına məqsəd qoymuşdur. Və məqsədinə
yüksək elmi səviyyədə nail olmuşdur.
"Dağlıq
Qarabağ: məxəzlərdən oxunmuş tarix"
monoqrafiyasının başlıca məziyyətlərindən
bəhs edərkən diqqəti, ilk növbədə, müəllifin
bir sıra ən mühüm elmi uğurlarına cəlb etmək
istərdim.
Hər şeydən əvvəl,
akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki,
o cümlədən erməni mənbələrindəki və
erməni tarixçilərinin əsərlərindəki
çoxsaylı faktlara söykənərək müasir erməni
saxtakarlarının uydurduqları əsas "dəlili"
onların əlindən alır, ermənilərin guya Cənubi
Qafqazın "aborigen əhalisi" olması barədəki
saxta erməni uydurmalarını alt-üst edir. Müəllif
düzgün olaraq belə bir əsaslı elmi nəticəyə
gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi
Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət
mübarizəsinin gedişində çar Rusiyası tərəfindən
Qacarlar İranı və Osmanlı imperiyasına qarşı
gələcək müharibələrdə istifadə olunmaq
üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən
Şimali Azərbaycan torpaqlarına
köçürülüb gətirilmişdir. Müəllif
Azərbaycanın tarixi müqəddəratı
üçün çox ağır nəticələr verən
bu tarixi prosesin məhz 14 may 1805-ci il tarixli Kürəkçay
müqaviləsi ilə başlandığını qeyd edir.
Bu, tamamilə doğru elmi nəticədir. Tarix İnstitutunda
Kürəkçay müqaviləsi ilə bağlı
aparılan elmi axtarışlar da sübut edir ki, Qarabağ
xanlığının çar Rusiyasının tərkibinə
keçdiyini təsdiqləyən bu müqavilə Rusiya
imperiyası ilə Azərbaycan dövləti olan Qarabağ
xanlığı arasında bağlanmışdı. Bu
traktatda bir yerdə də olsa belə nə "erməni"
sözü işlədilir, nə də "ermənilərdən"
bəhs olunur! Akademik Ramiz Mehdiyevin yazdığı kimi, həmin
müqavilə imzalanarkən Qarabağ
xanlığının qədim yerli əhalisi Azərbaycan
türklərindən ibarət idi. Ümumiyyətlə,
Türkmənçay müqaviləsinin bağlanmasına qədər
Cənubi Qafqaz əhalisinin böyük əksəriyyəti
müsəlmanlardan ibarət idi ki, onların da içərisində
Azərbaycan türkləri üstünlük təşkil
edirdi. Akademik Ramiz Mehdiyevin gəldiyi bu mühüm elmi nəticə
həm tarixi həqiqətdir, həm də bütün dillərdə
olan ilk mənbələrin məlumatları ilə təsdiq
olunur.
Müəllif erməni
saxtakarlarını sonadək ifşa etmək
üçün düzgün olaraq, öz əsərində
ermənilərin Cənubi Qafqaza köçürülüb
gətirilməsinə "Ermənilərin Cənubi Qafqaza
miqrasiyası" adlı ayrıca başlıq
ayırmışdır. Həmin başlıqda Rusiya
imperiyasının İrəvan və Naxçıvan
xanlıqlarının ərazilərində yaratdıgı
"Erməni vilayəti"ndən tutmuş ayrı-ayrı
dövrlərdə Osmanlı imperiyası və Qacarlar
İranından Azərbaycan torpaqlarına
köçürülmüş ermənilərin sayı,
özünə "vətən" axtaran bu köçəri
etnosun Şimali Azərbaycanda, o cümlədən
keçmiş İrəvan və Qarabağ
xanlıqlarının ərazilərində
oturaqlaşdırılması, çar Rusiyası müstəmləkəçilərinin
hərtərəfli yardımı ilə aborigen əhali olan
Azərbaycan türklərinin
sıxışdırılıb doğma torpaqlarından didərgin
salınması, xalqımıza qarşı törədilən
soyqırımları, deportasiyalar, min illərlə mövcud
olmuş Azərbaycan toponimlərinin erməniləşdirilməsi,
bu iyrənc və məqsədyönlü "siyasətin"
bu gün Dağlıq Qarabağda da davam etdirilməsi barədə
zəngin faktik material verilir. Düşünürəm ki,
Ramiz Mehdiyevin bu elmi uğuru erməni saxtakarlarına
sarsıdıcı zərbədir.
Yeri gəlmişkən,
çox yaxşı haldır ki, müəllif ermənilərin
bizim torpaqlarımıza - Şimali Azərbaycana 1828-ci ildən
etibarən köçürülüb gətirilməsini
sübut etməklə kifayətlənmir. Tarixin daha dərin
qatlarına enir, "tarixin atası" Herodota, onlarla qədim
Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki
ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək
ermənilərin Asiya qitəsinin də yerli əhalisi
olmadığını, onların Kiçik Asiyaya kimmerlərin
təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini
açıqlayır. Və öz kitabının
oxucularına belə bir tarixi həqiqəti yetirir ki, erməni
etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə
frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri
ilə və onların qarışığından
yaranmışdır. Bu gün ermənilərin özlərinə
aid etdiyi "mədəniyyət", hətta "erməni"
adının özü belə onların özlərinə -
haylara aid deyil, oğurluqdur.
Bu da bir inkarolunmaz
tarixi həqiqətdir ki, Şimali Azərbaycana
köçürüldükdən sonra ermənilər Azərbaycan
xalqının da güclü mədəni təsirinə məruz
qalmış, bu dəfə Azərbaycan mədəniyyətinin
ayrı-ayrı nadir incilərini oğurlayıb "özəlləşdirməklə"
məşğul olmuşlar. Bu iyrənc peşəni indi də
davam etdirirlər.
Akademik Ramiz Mehdiyev ermənilərin
Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan
torpaqlarına köçürülüb gətirilmə
etnos olduğunu sübut etmək üçün antropoloji və
arxeoloji tədqiqatların nəticələrini öz tədqiqatına
geniş surətdə cəlb etmişdir. Və bütün
aydınlığı ilə aşkara
çıxarmışdır ki, müasir Ermənistanda -
keçmiş İrəvan xanlığının ərazisində
aparılan arxeoloji qazıntılar da təsdiq edir ki, 180-200 il
bundan əvvəl həmin torpaqlarda ermənilər
yaşamamışlar. Ermənilər antropoloji tip olaraq da bu
torpaqlara yad etnosdur. Görkəmli alim bu həqiqəti
sübut etmək üçün daha dərinə gedərək
zaman-zaman büruzə verən "erməni xəstəliyinin"
də Aralıq dənizi boyu ölkələr
üçün xarakterik olduğunu, ümumiyyətlə,
Qafqaz üçün yad bir xəstəlik olduğunu qeyd
edir.
Beləliklə,
akademik Ramiz Mehdiyevin çoxsaylı ilk mənbələrə
əsaslanaraq apardığı kompleks araşdırmalar bir
daha sübut edir ki, ermənilərin Cənubi Qafqazın guya
"aborigen etnosu olması", "erməni tarixinin" qədim
Urartu mədəniyyətinə pərçimlənməsi
erməni saxtakarlarının heç bir elmi əsası
olmayan uydurmasıdır.
Əlbəttə, bir
yazıda haqqında bəhs etdiyimiz qiymətli tədqiqatın
bütün məziyyətlərini əhatə etmək
mümkün deyil. Lakin alimin yeni monoqrafiyasında öz əksini
tapmış bir mühüm elmi nəticəni mütləq
oxucuların diqqətinə çatdırmaq istərdim.
Akademik Ramiz Mehdiyev ilk
mənbələrdə deyil, müxtəlif tədqiqatçıların
əsərlərində "Qafqaz Albaniyası"
adlandırılan Azərbaycan Albaniya dövlətinin tarixinə
də aydınlıq gətirir. Bu müasir mərhələdə
tarixşünaslığımız üçün
çox mühüm məqamdır. Məsələ
burasındadır ki, erməni saxtakarlarının təhriki
ilə antiazərbaycan qüvvələri vaxtaşırı
qonşu ölkələrin paytaxtlarına və
ayrı-ayrı şəhərlərinə toplaşaraq
"Albaniya", "Arran" və "Azərbaycan"
tarixinə həsr olunmuş "elmi" konfranslar
keçirir və Şimali Azərbaycan ərazisini əhatə
edən Albaniyanı Azərbaycan tarixindən ayırmağa
çalışır, Albaniyanı tarixən Qafqaz
xalqlarının, daha doğrusu, Dağıstan-Nax qrupuna daxil
olan xalqların, həmçinin ermənilərin
yaşadığı ölkə kimi təqdim edir, Albaniya ərazisinin
guya tarixi Azərbaycan torpaqlarına aid
olmadığını sübut etmək üçün dəridən-qabıqdan
çıxırlar.
Beləliklə,
vaxtı ilə, xüsusilə sovet dövründə Qafqaz
xalqları arasına nifaq salmaq üçün xüsusi niyyətlə
"Albaniya" termininin əvvəlinə əlavə
olunmuş coğrafi məkan mənasını bildirən
"Qafqaz" terminindən istifadə edərək belə
bir iddia irəli sürürlər ki, guya Albaniya Azərbaycan
dövləti deyil və bunun Azərbaycan xalqına heç
bir aidiyyəti yoxdur. Bu baxımdan Ramiz Mehdiyevin öz əsərində
Qafqaz Albaniyasını əsasən Şimali Azərbaycan
(müasir Azərbaycan) ərazisi ilə eyniləşdirməsi
və buna dair ilk mənbələrdən çoxsaylı
faktlar gətirməsi təqdirəlayiq haldır.
Alim yuxarıda qeyd
etdiyimiz və tarixşünaslığımız
üçün olduqca prinsipial əhəmiyyət kəsb edən
bu məsələyə öz əsərində iki
başlıq ayırmışdır. Həmin
başlıqlarda Ramiz Mehdiyev ilk mənbələrin, o cümlədən
ərəb məxəzlərinin zəngin faktik materialına
istinad edərək dərin elmi əsaslarla saxtakarların
daşını daş üstə qoymur. Alim Azərbaycanın,
o cümlədən Şimali Azərbaycanın (Albaniyanın)
ən qədim zamanlardan türklərin yaşadığı
ölkə olduğunu oxucuların diqqətinə
çatdırır, ilk mənbələrdən çoxlu
iqtibaslar gətirir və gəldiyi elmi nəticənin
doğruluğuna şübhə yeri qoymur. Bununla da Ramiz
Mehdiyev tariximizdən, o cümlədən Albaniya tarixindən
kimmerlərin, iskitlərin, sakların, hunların, xəzərlərin,
oğuz və qıpçaq türklərinin rolunu "silib
atmağa" çalışan saxtakarlara öz kəskin və
əsaslı elmi iradını bildirir və bununla da 1300 il
bundan əvvəl "Dədə Qorqud" dastanı kimi qəhrəmanlıq
eposu yaradan doğma xalqının zəngin tarixinin müdafiəsinə
qalxır, prinsipial vətəndaşlıq mövqeyindən
çıxış edir. Azərbaycanlıların tarixən
öz qonşularına nisbətən daha çox və
uzunmüddətli dövlətçilik ənənələrinə,
özü də mərkəzləşdirilmiş dövlətlərə
malik olduğunu göstərir. Akademik Ramiz Mehdiyev rusdilli
oxucuların diqqətinə onu da yetirməyi unutmur ki, uzun
tarixi dövr ərzində öz tarixi türk adını
daşıyan Azərbaycan türkləri Stalin diktaturası
illərində "azərbaycanlılar"
adlandırıldı. Müəllif tamamilə haqlı olaraq
qeyd edir ki, bu çirkin addım Azərbaycan xalqını
biryolluq öz türk kökündən ayrı salmaq məqsədi
ilə həyata keçirilən "uzaqgörən"
siyasətin nəticəsi idi.
Akademik Ramiz Mehdiyevin
"Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" kitabı, eyni zamanda, alimin elmi-nəzəri
və fəlsəfi ümumiləşdirmələri
baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.
Əsərin müəllifi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini müxtəlif
"sivilizasiyaların, dinlərin qarşıdurması"
kimi təqdim etməyə çalışan başabəla
siyasətçilərə də öz nəzəriyyəçi-filosof
sözünü deyir, fikrini sübut etmək
üçün xalqımızın qədim tolerantlıq
tarixindən çox maraqlı faktlar gətirir, bədxahlarımızın
diqqətinə çatdırır ki, vaxtilə Azərbaycan
torpağı olan və azərbaycanlıların mütləq
əksəriyyət təşkil etdiyi müasir Ermənistan ərazisində
hazırda bir nəfər də olsun azərbaycanlı və
qeyri-erməni xalqlarının nümayəndəsi
qalmamışdır. Bəs buna necə qiymət vermək
lazımdır?!
Şübhə etmirəm
ki, görkəmli Azərbaycan alimi akademik Ramiz Mehdiyevin
"Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" kitabı
tarixşünaslığımızın tarixində
mühüm hadisədir. Bu əsər Azərbaycan Prezidenti
İlham Əliyevin tarix elmimizin inkişafı ilə
bağlı qarşıya qoyduğu vəzifələrin yerinə
yetirilməsində də irəliyə doğru
atılmış mühüm addımdır. Bu qiymətli əsər
bir daha sübut edir ki, müasir mərhələdə Azərbaycanda
tarix elmi doğru yoldadır. Tarixi keçmişimiz müstəqillik
dövrünün tələblərinə uyğun olaraq yeni
ruhda yazılır, uydurma konsepsiyaların zərərli nəticələrindən,
saxtakarlıqlardan və təhriflərdən uğurla təmizlənir.
Elmi ictimaiyyətimizi
akademik Ramiz Mehdiyevin bu qiymətli əsərinin işıq
üzü görməsi münasibətilə təbrik edir,
uzaq tələbəlik illərindən yaxından
tanıdığım görkəmli alimimizə tarix elminin
inkişafı naminə bu cür yüksək və prinsipial
vətəndaşlıq mövqeyindən yazılmış
yeni-yeni əsərlər arzulayıram.
Yaqub MAHMUDOV,
əməkdar elm xadimi, Dövlət
mükafatı
laureatı,
AMEA Tarix İnstitutunun direktoru
Azərbaycan.-
2014.- 5 sentyabr.- S.4.