Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Səbail
rayonundakı “Könül” körpələr
evi-uşaq bağçasında əsaslı
təmir işlərindən sonra
yaradılan şəraitlə tanış olub
Sentyabrın
15-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail
rayonundakı “Könül” körpələr evi-uşaq
bağçasında əsaslı təmir işlərindən
sonra yaradılan şəraitlə tanış olub.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə cari ilin
aprelində Badamdar qəsəbəsindəki “Könül”
körpələr evi-uşaq bağçasında əsaslı
təmir işlərinə başlanılıb.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya məlumat verildi ki, 1974-cü ildə tikilən 3
korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir.
110 uşağın təlim-tərbiyə aldığı
bağçanın həyətində ümumi sahəsi 600
kvadratmetr olan və 90 uşaq üçün nəzərdə
tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.
Bağçada
təmir işləri yüksək səviyyədə həyata
keçirilib, hər iki korpusda əlavə dizayn işləri
görülüb. Birinci xanıma məlumat verildi ki,
korpusların dam örtüyü, bütün otaqlar, musiqi və
oyun zalları, tibb kabineti, mətbəx və
yardımçı otaqlar tamamilə yenilənib. Divarları
uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının
şəkilləri ilə bəzədilən otaqların
hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri
invertarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar,
uşaq oyuncaqları və digər avadanlıqla təchiz
edilib. Korpuslarda ümummilli lider Heydər Əliyevin və
Prezident ilham Əliyevin uşaqlara diqqət və
qayğısını əks etdirən fotostendlər
quraşdırılıb. Heydər Əliyev Fondunun və onun
prezidenti Mehriban Əliyevanın fəaliyyətinə
ayrıca fotostend həsr olunub. Bağçanın giriş və
dəhlizlərində müşahidə kameraları,
bütün korpuslarda yanğından mühafizə sistemi
quraşdırılıb, kommunikasiya xətləri yenilənib
və yeni istilik sistemi qurulub. Balacaların gün ərzində
keyfiyyətli qidalanması üçün də
bağçada zəruri menyu tərtib olunub. Uşaqların
istirahəti və əylənməsi üçün 4
kölgəlik, oyun meydançaları və idman
qurğuları quraşdırılıb.
Mehriban
Əliyevaya məlumat verildi ki, həyətdə uşaqlara
yol hərəkəti qaydalarını öyrətmək
üçün xüsusi meydança yaradılıb. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə təmir
edilən bağçada yaradılmış şərait
uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə
məşğul olmağa imkan verəcək.
Azərbaycan.-2014.- 16 sentyabr.- S.2.