Senzuranın olmaması məsuliyyətdən yaxa qurtarmaq demək deyil

 

Bundan sonra kimsə yenə xəyanət etmək fikrinə düşsə,

 qanun qarşısında cavab verməli olacaq

 

Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə ölkəmizin informasiya təhlükəsizliyi və bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə  akademik Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edərək ölkə mətbuatının bugünkü vəziyyəti ilə bağlı fikirlər səsləndirdi, milli təhlükəsizliyin yüksək səviyyədə həyata keçirilməsində medianın rolu təhlil olundu. Müşavirədə səsləndirilən fikirlər ictimaiyyət tərəfindən bu gün geniş müzakirə olunur. Qeyd edək ki, müşavirədə avqust ayının əvvəllərində cəbhə xəttində yaşanan son gərginlik zamanı bəzi mətbuat orqanlarının dəqiqləşdirilməmiş, ciddi mənbəyi olmayan informasiyalar yayması kəskin tənqid edildi. Akademik Ramiz Mehdiyevin də vurğuladığı kimi, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Lakin təəssüflər olsun ki, bəzi mətbuat orqanları son olaylarda bu sınaqdan üzüağ çıxa bilmədilər. Onların bəzilərinin əsas dayağının kimlər olduğu da məlumdur.

Bu məsələ ilə bağlı qəzetimizə açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirdi ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirədə söylədiyi fikirlər Azərbaycan mediasının mövcud vəziyyətini və real durumunu əks etdirir: "Ölkəmizdə demokratiyanın olduğu və senzuranın qadağan edildiyi bir şəraitdə bəzi media orqanları böhtan, şər atmaqda davam edir, məsuliyyətsizlik edərək dövlət sirrini yayır, dövlətin sütunları olan ordunu, polisi sistemli şəkildə gözdən salmaqda davam edir. Bu isə Azərbaycanı zəif görmək istəyən bəzi xarici ölkələrin xeyrinə  işləyir.  Belə məlumatları isə əsasən həmin dairələrin ölkəmizdə olan bilərəkdən və ya bilməyərəkdən siyasətini həyata keçirən media qurumları yayır".

Deputat qeyd edir ki, senzuranın olmama

məsuliyyət hissini itirmək mediada anarxiya demək deyil. Bu baxımdan akademik Ramiz Mehdiyevin fikirləri ilə tamamilə şərik olduğunu söyləyən Musa Qasımlı hesab edir ki, akademikin tövsiyyələri medianı daha məsuliyyətli olmağa, qanunlar çərçivəsində hərəkət etməyə dəvət edir. Deputatın fikrincə, ordu, hərbi sirlər mediada müzakirə mövzusu deyil. Belə məlumatlar bəzi media orqanlarının Ermənistana xidmət etdiyini göstərir: "Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin keçirdiyi müşavirədən sonra KİV-lərin məsuliyyəti artacaq, onlar dövlət sirrini yaymayacaq. Görünür qanunlarımızda da dəyişikliklərin edilməsinə ehtiyac var. Özünü azərbaycanlı hesab edən şəxs heç zaman dövlətinə qarşı pis xəbər yaymaz nəyəsə görə, vətəninin sirrini faş etməz. Əgər hansısa saytın, qəzetin maddi problemi varsa, o, vətəninə, xalqına əksfikirli olan birinin puluna aldanaraq onun dediklərini yazmalıdır".

Milli Məclisin deputatı Elman Məmmədov isə qəzetimizə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV qeydiyyata götürülüb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik aylıq qəzet, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya resursu, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Amma bəzi informasiya resursları Azərbaycanı istəməyən qüvvələrə, eləcə , Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilib: "Bu müşavirə mənim ürəyimcə oldu. Çünki dəfələrlə həm elektron, həm çap mətbuatında Azərbaycan əleyhinə informasiyaların yazıldığının şahidi olurdum. Müsahibələrimdə bildirirdim ki, bunların bəziləri elə məlumat yayırlar ki, düşmənə daha casus lazım olmur. Həmin informasiya vasitələri düşmənin kəşfiyyatçısı, casusu kimi fəaliyyət göstərirdi. Akademik Ramiz Mehdiyev vaxtında belə bir toplantı keçirərək öz dəyərli fikirləri, göstərişləri ilə onları düz yola dəvət etdi, lazımi göstərişlər verdi".

Deputat qeyd etdi ki, Azərbaycanda dövlət sirri onun qorunması ilə bağlı qanun mövcuddur. Müharibə şəraitində yaşayan bir dövlətdə istənilən məlumat mətbuat səhifələrinə çıxarılmamalıdır. Bəziləri naşılıqdan, qeyri-peşəkarlıqdan, digərləri isə qəsdən müəyyən məqsədlər daşıyaraq belə informasiyaları yayıblar. Ancaq həmin adamlar bilməlidirlər ki, dövlət sirrini yaydıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərlər. Qanunun tələbinə əsasən dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin qanun dövlət sirrini mühafizə etməyə məsul şəxsləri icra strukturlarını, hərbi sirr təşkil edən məlumatları sadalayır, eyni zamanda, milli qanunvericiliyimiz bu sirrin açılmasına görə məsuliyyət müəyyən edir: "Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirə vacib olan bir toplantı idi günün ən aktual tələbiydi. Dövlət artıq öz rəsmi mövqeyini bu müşavirədə göstərdi. Bundan sonra kimsə yenə casusluq etmək fikrinə düşsə qanun qarşısında cavab verməli olacaq".

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.-17 sentyabr.-S.3.