Prezident İlham
Əliyev Almaniya Bundestaqının
fraksiya
sədrinin müavinini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
16-da Almaniya Bundestaqının Xristian Demokrat
İttifaqı/Xristian Sosialist İttifaqı
fraksiyasının sədr müavini, deputat Andreas Şokenhofu
qəbul edib.
Görüşdə ölkələrimiz
arasında ikitərəfli münasibətlərin
inkişafına, Azərbaycan ilə Avropa
İttifaqının əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.-17 sentyabr.-S.1.