Sumqayıtın yeni siması

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sərvətlərinə sahib çıxdı və ölkəmizin sürətli intibahı köhnə stereotipləri parçalayıb dağıtdı. Ötən əsrin 80-90-cı illərində xaricə çörək dalınca gedənlər indi geri dönürlər. Ölkənin istənilən bölgəsində, o cümlədən Sumqayıtda gördükləri yeniliklərə inana bilmirlər. Biz bu tərəqqinin, inkişafın gündəlik şahidi olaraq hər şeyə alışmışıq və bunu həyatımızın tərkib hissəsi kimi qəbul edirik. Lakin xaricdən Vətənə dönən azərbaycanlılar, onların övladları bu gözəllikləri, sakitliyi və əmin-amanlığı görüb heyrətlənirlər.

Sumqayıt ötən əsrdə keçmiş ittifaqa səs salan gənclər və kimyaçılar şəhəri idi. Baxmayaraq ki, o, xruşşovkalardan ibarət nəhəng beynəlmiləl fəhlə yataqxanasını xatırladırdı. Müstəqilliyimizin 20 ili ərzində, xüsusən son 10 ildə Sumqayıt da nəhəng sənaye müəssisələri, sosial obyektləri, geniş meydanları, yaşıl istirahət parkları və bir də göydələnləri ilə köhnə sovet "libası"ndan qurtularaq özünə müasir memarlarımızın təxəyyülündən doğan yeni "don biçdi". İndi Sumqayıtı dünyanın bir çox tanınmış şəhərləri ilə çəkinmədən müqayisə etmək olar. Çünki artıq Sumqayıt təkcə Qafqazın böyük sənaye şəhəri sayılmır, o, həm də regionun gəzməli, görməli, dincəlməli məkanı hesab edilir.

 

Azərbaycan.-2014.- 18 sentyabr.- S.1.