"Hüquqi şəxslərin
dövlət reyestrinin aparılması, istifadəsi və
mühafizəsi Qaydaları", "Dövlət reyestr
kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin
dövlət qeydiyyatı haqqında şəhadətnamə",
"Təhsil müəssisələrinin dövlət
qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya
qurumlarının və təhsil müəssisələrinin
dövlət reyestrindən çıxarışın
forması və çıxarışda göstərilən
məlumatların həcmi" və "Qeyri-kommersiya
qurumlarının və təhsil müəssisələrinin
dövlət qeydiyyatına alınması barədə ərizənin
forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70
nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 298 Bakı şəhəri,
5 sentyabr 2014-cü il
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 iyun tarixli 176 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 384, ¹ 9, maddə 868, ¹ 12, maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə 853, ¹ 12, maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə 705; 2011, ¹ 5, maddə 445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə 391, ¹ 5, maddə 491, ¹ 11, maddə 1200; 2014, ¹ 5, maddə 548; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 iyun tarixli 195 nömrəli və 2 sentyabr tarixli 296 nömrəli qərarları) ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nın 5.2.3-cü yarımbəndinə "Ədliyyə" qəzetində," sözlərindən sonra "dini qurumların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən buraxılan "Cəmiyyət və din" qəzetində," sözləri əlavə edilsin.
Artur Rasi-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 18 sentyabr.- S. 1.