Heç bir qüvvə
İran-Azərbaycan münasibətlərinə zərər vura bilməz
Heç
bir qüvvə İran İslam Respublikası ilə Azərbaycan
Respublikasının dostluq münasibətlərinə zərər
vura bilməz.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Səfir bildirib ki, tarix boyu İran-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələr olub və həmin qüvvələr əlaqələrin gərginləşməsindən öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Lakin hər iki ölkə rəhbərliyi müdrik siyasət yürüdərək lazımi addımlar atıb və belə qüvvələrin təxribatlarına uymayıblar.
M.Pakayin deyib ki, hər iki dövlət münasibətlərin inkişafı istiqamətində lazımi işləri görür və əlaqələrimiz gələcəkdə mənfi qüvvələrin təsiri altına düşməyəcək.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran
Azərbaycan.-2014.- 18 sentyabr.- S.2.