Rabitə və yüksək texnologiyalar naziri
Göygöl şəhərində
vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaş qəbulunu davam
etdirir, onların qarşılaşdıqları problemlərin
həllinə köməklik göstərirlər.
AzərTAc
xəbər verir ki, növbəti belə qəbul
sentyabrın 17-də rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasov tərəfindən Göygöl şəhərində
keçirilib.
Gəncə,
Naftalan şəhərlərindən, Göygöl, Goranboy,
Samux, Daşkəsən və Kəlbəcər
rayonlarından olan sakinlər əsasən əhaliyə
göstərilən telekommunikasiya, internet, poçt, televiziya
və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə
də işə qəbulla bağlı müraciət ediblər.
Vətəndaşların
hər birini diqqətlə dinləyən nazir Əli Abbasov
müraciətlərin bəzilərini Gəncə, Naftalan,
Samux və Göygöl telekommunikasiya idarələri ilə
yaradılmış canlı əlaqə vasitəsilə
aydınlaşdıraraq müvafiq tapşırıqlar verib.
Qaldırılan bəzi məsələlər yerindəcə
həll edilib, bəziləri isə araşdırılması
üçün qeydiyyata alınıb.
Nazirliyin
səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər
isə aidiyyəti üzrə baxılması
üçün müvafiq nazirlik və təşkilatlara
göndərilməsi məqsədilə nəzarətə
götürülüb.
Görüşdən
sonra rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov nazirliyin Dövlət Radiotezliklər İdarəsinin Gəncə
bölgəsi üzrə yeni inzibati binasının
açılışında iştirak edib.
Burada
yaradılan şəraitlə yaxından tanış olan nazirə
məlumat verilib ki, Dövlət Radiotezliklər İdarəsinin
əsas funksiyalarından biri quraşdırılmış ən
müasir cihazların köməyi ilə radiomonitorinq ölçü-
nəzarət işlərinin həyata keçirilməsini təmin
etməkdir. Bunlara da əsasən radiotelefonlara nəzarətin
təşkili, televiziya və radio proqramlarının yayım
vəziyyətinin yoxlanılması, radiotezlik istifadəçilərinə
məxsus radioelektron vasitələrinin maneəsiz işləməsinin
təmin edilməsi məqsədilə monitorinq
aparılması daxildir. Bundan əlavə, Azərbaycan
Respublikası ərazisində radioelektron vasitələrinin
istifadəsinin planlaşdırılması, bu vasitələr
üçün tezliklərin və şəbəkə
üçün çağırış
siqnallarının təyin edilməsi və qeydiyyata
alınması da idarənin funksiyasına daxildir.
Sonda
Dövlət Radiotezliklər İdarəsinin fəaliyyəti
və bu sahədə qazanılan uğurlardan bəhs edən
videoçarx nümayiş etdirilib.
Azərbaycan.-2014.- 18 sentyabr.- S.4.