Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun
Baş nazirinin rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
18-də Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.
Əvvəlcə
Prezident İlham Əliyevin Baş nazir Milo Cukanoviçlə
təkbətək görüşü oldu.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin
müxtəlif istiqamətlərdə, o cümlədən
enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə
inkişafı üçün yaxşı potensialın
olduğu vurğulandı.
Sonra
görüş geniş tərkibdə davam etdirildi.
Dövlətimizin
başçısı Azərbaycan ilə Monteneqro arasında
ikitərəfli dostluq münasibətlərin müxtəlif
sahələri əhatə etməsindən və dinamik
inkişafından məmnunluğunu ifadə etdi. Əməkdaşlığımızın
genişləndirilməsi məsələsinə toxunan
Prezident İlham Əliyev ölkələrimiz arasında
qarşılıqlı ticarət əlaqələrinin
inkişaf etdirilməsi üçün də yaxşı
imkanların olduğunu vurğuladı. İkitərəfli
münasibətlərin inkişafında yüksək səviyyəli
qarşılıqlı səfərlərin önəmini qeyd
edən dövlətimizin başçısı Monteneqronun
Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə
heyətinin Azərbaycana səfərinin əlaqələrimizin
inkişafı ilə bağlı məsələlərin
müzakirəsi baxımından əhəmiyyətini diqqətə
çatdırdı.
Baş
nazir Milo Cukanoviç Azərbaycan Prezidentinin Monteneqroya olan
dostluq münasibətinə görə minnətdarlığını
bildirdi. Ötən dövr ərzində ölkəmizdə
gedən sürətli inkişaf proseslərinin şahidi
olduğunu vurğulayan Baş nazir bu inkişafın onda dərin
təəssürat yaratdığını dedi və əldə
olunan nailiyyətlər münasibətilə dövlətimizin
başçısını təbrik etdi. Milo Cukanoviç
öz növbəsində Azərbaycan ilə Moneneqro
arasında ikitərəfli münasibətlərin
inkişafının razılıq doğurduğunu
vurğuladı.
Azərbaycan.-2014.- 19 sentyabr.- S.1.