Monteneqronun Baş naziri Milo Cukanoviç
Heydər Əliyev Mərkəzi ilə
tanış olub
Monteneqronun
Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Heydər
Əliyev Mərkəzində olub.
Baş
nazir Milo Cukanoviçə Mərkəz haqqında məlumat
verilib. Bildirilib ki, dünya memarlığının nadir incilərindən
sayılan və çoxfunksiyalılığı ilə
seçilən bu Mərkəzdə rəsmi qəbullar,
müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin
keçirilməsi üçün hər cür şərait
yaradılıb.
Mərkəzdə
yaradılmış Heydər Əliyev Muzeyi Monteneqronun Baş
nazirində böyük maraq doğurub. Məlumat verilib ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi ərəfəsində istifadəyə verilən
Muzeydə toplanan məlumatlar ziyarətçilərə
interaktiv formada çatdırılır. Muzeydə 1969-cu ildən
2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində
olan avtomobillər Baş nazir Milo Cukanoviçin
marağına səbəb olub.
Monteneqronun
Baş naziri Mərkəzdə “Azərbaycan inciləri” sərgisi
ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın
tarixini və mədəniyyətini əks etdirən bu
ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri,
çoxəsrlik tarixi, mədəni irsinə dair nadir
eksponatlar nümayiş olunur. “Mini Azərbaycan” sərgisi isə
Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin
tanıdılması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Baş
nazir Milo Cukanoviç Mərkəzin xatirə kitabına
ürək sözlərini yazıb.
Azərbaycan.-2014.- 19 sentyabr.- S.1.