Azərbaycandakı Alban-Udi
xristian
dini icmasının sədrinə
“Şöhrət” ordeni təqdim edilib
Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə
Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycan
Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə
görə “Şöhrət” ordeni ilə təltif edilib.
Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Şöhrət” ordeninin Robert Mobiliyə təqdim edilməsi mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlara və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerantlıq şəraitində birgə yaşadıqları məkandır. Sevindirici haldır ki, tarixin bütün dövrlərində ölkəmizdə heç bir dinlərarası problem yaşanmayıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Robert Mobilinin “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha sübut edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq, bütün insanlar üçün bərabər şərait mövcuddur.
Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dövlət tərəfindən kilsələrin bərpası və dini ibadətlərin keçirilməsi istiqamətində işlər görülməyə başlanıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi bərpa edilib. 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsindəki üç xristian məbədindən biri - Müqəddəs Yelisey adına Cotari kilsəsi bərpa edilərək icmanın istifadəsinə verilib.
DQİDK-nın sədri bildirib ki, hazırda udilərin kompakt şəkildə yaşadıqları Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır. Son on ildə Prezident İlham Əliyevin bu qəsəbəyə iki dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonra M.Qurbanlı
“Şöhrət” ordenini
Robert Mobiliyə təqdim
edib.
Alban-Udi xristian dini
icmasının sədri
Azərbaycanın bu ali mükafatı
ilə təltif edildiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
R.Mobili qeyd edib ki,
170 il bundan
əvvəl Rusiya çarı tərəfindən
alban kilsəsi erməni-qriqorian kilsəsinin
birbaşa tabeliyinə
verilib. Lakin udilər özlərinin
dilini, mədəniyyətini
və alban kilsəsinə etiqadını
saxlamaq üçün
bu tabelçilikdən
imtina edib, ibadətlərini kilsədə
deyil, evlərində ediblər. Sovet dövründə isə dini ibadət
prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa məqsədlər üçün
istifadə olunub.
Nəhayət, Azərbaycan müstəqillik
qazandıqdan sonra udilər bu istiqamətdə müəyyən
dirçəlişə nail olublar.
Tədbirdə Azərbaycandakı dini konfessiyaların rəhbərləri
çıxış edərək R.Mobilini
təbrik edib, ona fəaliyyətində
uğurlar arzulayıblar.
Azərbaycan.-2014.- 19 sentyabr.- S.6.