Siyavuş NOVRUZOV: Avropa
Parlamenti
ilə əməkdaşlıq
məsələsinə yenidən baxmalıyıq
"Azərbayan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərimizin artması, iqtisadi-hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyümüz və siyasi nüfuzumuzdur. Avropa Parlamentinin də Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarması məhz qısqanclığın nəticəsidir. Heç təsadüfi deyil ki, Avropa Parlamentinin müzakirə etdiyi qətnamə "Əsrin müqaviləsi"nin 20 illiyinə təsadüf edir. Ölkəmizlə bağlı Avropa Parlamentində müzakirəyə təqdim olunan layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilavasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən şəxslərin təqdim etdiyi layihədir. Həmçinin bu layihələr qərbli deputatları "ələ almaq"la da müzakirəyə çıxarılır".
Bu fikirləri mətbuata açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Bu gün Avropa Parlamentində Azərbaycanla bağlı layihənin müzakirəyə çıxarılmasına münasibət bildirən S.Novruzov qeyd edib ki, Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıyıq: "Auronest"dən isə ümumiyyətlə çıxmaq laızmdır. Bu təşkilat Azərbaycanla Avropa arasında əməkdaşlığın gücləndirilməsində, qarşılıqlı əməkdaşlığın böyüməsində rol oynamalı idi. Ancaq belə olmadı. Onlar kimlərinsə "donos"ları əsasında Azərbaycan haqqında yersiz, heç bir reallığa söykənməyən müzakirələr aparırlar. Halbuki bu müzakirələri aparan şəxslər bircə dəfə də olsun ölkəmizdə olmayıblar, bizim şəraitlə tanış deyillər".
Azərbaycanın Avropanın enerji təhlükəsizliyndə, TANAP, TAP layihələrində böyük rol oynadığını deyən S.Novruzov vurğulayıb ki, dövlətimiz bu istiqamətdə artıq daha irimiqyaslı işlərə başlayıb: "Lakin Azərbaycanda olan ictimai-siyasi sabitlik, iqtisadi yükəliş həm bu qüvvələri, həm də erməni lobbisini narahat edir. Avropa Parlamenti may ayında formalaşıbdır. Elə işə başlayan kimi məhz Azərbaycan məsələsini ortaya atdılar. Sual olunur: niyə? Avropanın böyük problemləri varkən nə üçün onlar fəaliyyətə başlayan kimi ilk olaraq Azərbaycan əleyhinə heç bir əsası olmayan müzakirələr keçirirlər? Əgər söhbət hüquqların tapdalanmasından gedirsə, sual olunur: Avropa Parlamenti 1 milyondan artıq qaçqın və məcburi köçkünlərlə bağlı nə üçün indiyə qədər bir qətnamə belə ortaya qoya bilməyib? Məgər onların hüquqları tapdalanmayıbmı? Hətta nəinki qətnamə qəbul etmək, heç bu haqda xırda bir müzakirə də etməyiblər. Qaçqınların hamısının hüquqları pozulub, onları isə bu maraqlandırmır. Amma öz dilləri ilə desək, kiminsə hüququ pozulubsa, bu onları narahat edir. Ev-eşiyindən, mülkündən, malından məhrum edilən insanlarla, qətlə yetirilən şəxslərin yaxınları ilə bağlı niyə maraqlanmırlar? Avropanın əsas dəyərlərindən biri yerli özünüidarəetmədir. Qaçqınlar bələdiyyə seçkilərində seçib-seçilmə hüquqlarından məhrum olublar. Öz bələdiyyələrini formalaşdıra bilmirlər. Onların hüquqları daha çox pozulub. Xocalıda neçə-neçə nəsillərin kökü kəsilib, ancaq Avropa Parlamentini bu maraqlandırmır. Erməni lobbisinə xidmət edən, onlarla əlbir iş görən, Ermənistana gizli şəkildə gedib-gələn, düşmən ölkənin xüsusi xidmət orqanları ilə əlbir olan adamlar nədənsə Avropanı daha çox maraqlandırır".
Müzakirəyə çıxarılan məsələlərlə bağlı araşdırma apardığını deyən S.Novruzov bildirib ki, qətnamə layihəsini hazırlayan 46 deputatdır: "Bunların hamısı bu və ya digər formada erməni lobbisi ilə əlaqədədir. Onların himayəçiliyi və bu işdə maraqlı dövlətlərin təsiri altında Azərbaycan əleyhinə bu tipli layihələr hazırlayıb müzakirəyə çıxarırlar. Bilirsiniz ki, bu yaxınlarda bir neçə vətəndaşımız ermənilər tərəfindən girov götürülmüşdü. Onlardan biri işgəncələr nəticəsində dünyasını dəyişdi. Biz tərəfdən də Ermənistanın kəşfiyyat diversiya qrupunun üzvləri həbs edildilər. Erməni əsir ürək xəstəliyindən dünyasını dəyişdi. Hətta bunu Ermənistanın rəsmi dairələri də təsdiq etdilər ki, o, ürək xəstəsidir. Həmin bu 46 deputat Ermənistan rəhbərliyinə başsağlığı verdi. Amma öz ata-baba yurduna ziyarətə gedən azərbaycanlının ermənilər tərəfindən işgəncələr nəticəsində öldürülməsi haqqında bir cümlə belə danışmadılar. Ona görə də bunlardan ədalətli bir mövqe gözləmək olmaz".
S.Novruzov onu
da əlavə edib ki, bütün bunlar bizim
inkişafımızı ləngidə bilməz: "Bir də görürsən, iddia
irəli sürürlər ki, Azərbaycanda
həbsxanalarda görüşlər keçirmək istəyirik.
Onlara sual vermək
lazımdır ki, nə üçün
ermənilərin azğınlığı nəticəsində
öldürülən 14 nəfər azərbaycanlı şəhidin
ailələri ilə görüşüb
başsağlığı vermirlər? Körpə bir uşağı erməni snayper
vurub öldürdü,
niyə o körpənin ailəsi ilə gedib görüşmürlər? Niyə Leyla Yunusla, Arif Yunusla
görüşmək arzusundadırlar? Bütün
tanınmış erməni bloqqerlər L.Yunusla
A.Yunusu müdafiə edirlər. Müzakirə
olunan qətnamənin kökündə də
məhz bu tipli adamlarla uzun illərin əməkdaşlığı
dayanır. Tutaq ki,
kimsə həbs olunursa, bir
həftə keçməmiş bəyanat verirlər ki, azadlığa buraxılsın. Bunlar qanunlara hörmət
etmir. İstintaq getdiyi müddətdə heç
kimi azadlığa buraxmırlar. Əgər
məhkəmədən narazı qalsalar, o zaman yüksək instansiyalar Avropa Məhkəməsinə
də müraciət edə bilərlər. Biz
heç bir dövlətin
daxili işlərinə
qarışmırıq, başqaları da
bizim daxili işlərimizə
qarışmamalıdır. Ölkəmizdə analoqsuz layihələr həyata keçirilir. Ermənistan isə heç hərbi parad belə
keçirə bilmədi, çünki nümayiş etdirməyə heç
bir hərbi texnikası yoxdur.
Amma Azərbaycanın istehsal
etdiyi hərbi məhsulları almaq üçün bu gün dünyanın
30-dan çox müxtəlif dövlətləri
növbəyə durub. Belə olanda bəzi qüvvələr ortaya düşürlər ki,
bu inkişafa, Avropa ilə olan əməkdaşlığa
xələl gətirsinlər".
Azərbaycan.-2014.- 19 sentyabr.- S.6.