Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü qeyd edilib

 

Sentyabrın 18-də Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

AzərTAc xəbər verir ki, tədbiri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, 2009-cu ildən etibarən ölkəmizdə hər il sentyabrın 18-dən başlanandahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyliyə həsr olunan Beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub.

Azərbaycan dövlətinin ölkəmizdə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açan nazir müavini, artıq milli musiqimizin xarici ölkələrdə də xüsusi həvəs və məharətlə ifa olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqimiz, muğamlarımız xarici ölkələrdə uğurla təmsil olunurfondun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilmiş müxtəlif təqdimatlar keçirilir.

Ə.Vəliyev Üzeyir bəy Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqi ənənələrinin bu günuğurla davam etdirildiyini sevindirici hal kimi qiymətləndirib.

Tədbirdə xalq artistləri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar.

Çıxış edənlər həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir bəy Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıb və musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə ediblər.

Natiqlər bu musiqi bayramının tezliklə Şuşada keçiriləcəyinə inamlarını ifadə ediblər.

Üzeyir Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

 

Azərbaycan.-2014.- 19 sentyabr.- S.10.