Üzeyir Hacıbəyli irsinə həsr
olunmuş kitab sərgisinin
açılışı və
elektron məlumat bazasının təqdimatı olub
Sentyabrın
18-də M. F. Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında Üzeyir Hacıbəyli irsinə həsr
olunmuş kitab sərgisinin açılışı və
elektron məlumat bazasının təqdimatı olub.
AzərTAc
xəbər verir ki, mərasim Üzeyir Hacıbəyli VI beynəlxalq
musiqi festivalı çərçivəsində baş tutub.
Üzeyir
Hacıbəylinin yaradıcılığına həsr
edilmiş beynəlxalq musiqi festivalı Azərbaycanda 2009-cu
ildən keçirilir. Festivalda azərbaycanlı musiqiçilərlə
yanaşı, xarici ölkələri təmsil edən
ifaçılar da iştirak edirlər.
Festivalın
təşkilatçıları Mədəniyyət və
Turizm Nazirliyi və Heydər Əliyev Fondudur.
Azərbaycan.-2014.- 19 sentyabr.- S.11.