Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri

 Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər

 

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri

 

Sentyabrın 19-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər

 

 

 

Baş nazir Əhməd Davudoğlunun bəyanatı

 

 

- Hörmətli Prezident, dəyərli dostum.

Yenidən öz Vətənimdə, evimdə olmaqdan böyük məmnunluq duyuram. Biz hansı mövqedə olsaq da, hansı vəzifəni təmsil etsək də bu vəzifələri yerinə yetirərkən Türkiyə ilə Azərbaycan arasında hər hansı fərq qoymuruq. Bizim üçün Türkiyəyə xidmət Azərbaycana xidmətdir, Azərbaycana xidmət etmək Türkiyəyə xidmət etməkdir.

Mən bundan əvvəl xarici işlər naziri, indi isə Baş nazir olaraq həmişə Azərbaycanı öz Vətənim bildimindi də, qarşıdakı dövrdə də, - dəyərli dostum hörmətli İlham Əliyevlə təkbətək görüşdə vurğuladığım kimi, - bundan sonra da həmişə Türkiyə üçün çalışdığımız qədər Azərbaycan üçün də çalışacağıq. Bizim olduğumuz yerdə Azərbaycan vardır, hörmətli İlham Əliyevin olduğu yerdə də Türkiyə vardır. Bunu olmadığımız yerlərdə bir-birimizi necə müdafiə etdiyimizi dünya bilir. Azərbaycan bizim üçün bir eşqdir, sevdadır, məhəbbətdir. Bu mənəvi bağlılığı Baş nazir kimi inkişaf etdirmək, dərinləşdirmək mənim boynuma düşən borcdur. Bu hisslərlə 77 milyon qardaşından hörmətli Əliyevə, dəyərli dostumuza salam gətirdim.

Türkiyədə və Azərbaycanda gözəl bir ənənə vardır. İlk səfərlər qarşılıqlı olaraq həyata keçirilir. Bu ənənəni davam etdirmək də mənim üçün bu gün bir fəxrdir.

Bundan başqa, Türkiyə ilə Azərbaycanın ikitərəfli əlaqələrində qeyri-adi bir inkişaf əldə etdik. Son 10-12 il ərzində bir çox layihə həyata keçirdik. Ətraf bölgələrə baxarkən, hətta dünyaya baxarkən, əgər, Yaxın Şərqdə, Balkanda, Qafqazda, bütün Avrasiyada iki uğur hekayəsindən söhbət açılsa, Türkiyə və Azərbaycan iki uğur hekayəsidir. Çiyin-çiyinə yeriyən iki qardaşın uğur hekayəsidir. Bir çox yerdə qeyri-sabitlik, daxili münaqişələr olduğu, təəssüf ki, çox ciddi iqtisadi böhranlar yaşandığı halda, son 10-12 il ərzində Türkiyə və Azərbaycan böyük bir inkişaf əldə etdilər, iqtisadi baxımdan nəhəng layihələrə imza atdılar.

Biz hər zaman bunu düşündük. Cənab Prezidentlə, hörmətli dostumla bir qədər əvvəl bunu çox ətraflı olaraq müzakirə etdik ki, əgər Türkiyə müvəffəqiyyət qazanırsa Azərbaycanın uğurları, Azərbaycan uğur qazanırsa Türkiyənin nailiyyətləri güclənir.

İndi maraqlandığımız layihələrə baxarkən görürük ki, bu layihələr sadəcə Türkiyə ilə Azərbaycana deyil, bütün ətraf bölgələrə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-CeyhanQafqazı Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-ƏrzurumQafqazı Anadoluya bağladıq. Bakı-Tbilisi-Qarsbu dəfə dəmir yolu ilə bağladıq. Marmaray da açılınca bütün bu xətlər ilə Pekini Londona bağlayacağıq. İndi TANAP layihəsi həqiqətən sabah bu mərasimə qatılmaqdan böyük fəxr duyduğumCənubqaz dəhlizi ilə Qafqazı Anadolu üzərindən Balkana bağlayacağıq.

Balkan Qafqaz 1990-cı illərdə daim gərginliklərlə, mənfi xəbərlərlə yadda qalmışdı. İndi Azərbaycan ilə Türkiyənin bu uğur hekayələri bu iki bölgəni sülh bölgələri olaraq bir-birinə bağlayacaq. Anadolu coğrafiyası Xəzər ilə Adriatik arasında bir keçid coğrafiyası olacaq.

Əgər Azərbaycanda bu qüdrət olmasa idi, Azərbaycanda Azərbaycan xalqının gələcəyini düşünən lider olmasa idi, Allah rəhmət etsin, öndərimiz Heydər Əliyevin söylədiyi kimi, “Bir millət, iki dövlətkəlamı ilə Azərbaycanın bu qüdrəti böyüməsə, Türkiyə qüdrətli olmasa idi, “Bir millət, iki dövlətkəlamı kağız üzərində, hər zaman söhbətlərimizdə qalardı. Amma indi, sözün həqiqi mənasında, qüdrətli bir Azərbaycan qüdrətli bir Türkiyə ilə birləşdikdə, bütünləşdikdə, əl-ələ, çiyin-çiyinə verdikdə qazanan sadəcə Türkiyə Azərbaycan olmur, bütün Qafqaz, bütün Balkan, hətta Avropa Asiya qazanır. O baxımdan bu layihə həqiqətən əsrin layihəsidir. Sabah bu layihəyə töhfə vermək, bu layihənin təməlqoyma mərasimində, bundan sonrakı mərhələlərdə birgə olmaq bizə böyük fəxr verir. İnşallah, cənab Prezidentlə gələn il martın 17-18-də Çanaqqala savaşının ildönümündə, - bu günlər, eyni zamanda, Qafqaz şəhidlərimizin ildönümüdür, - hamısını rəhmətlə anırıq, - orada da TANAP-ın Anadolu hissəsinin təməlqoyma mərasimində birlikdə olacağıq.

Beləliklə, böyük bir sülh layihəsi gerçəkləşəcək.

Bu səhər istər hörmətli Heydər Əliyevin mübarək məzarını, istərsə Şəhidlər xiyabanını ziyarət edərkən Qarabağ, 20 Yanvar şəhidləri ilə Qafqaz şəhidlərini yan-yana gördüyümdə onlar necə çiyin-çiyinə, birlikdə müstəqil, azad, qürurlu bir Azərbaycan üçün bir yerdə olmuşdularsa, indi bizlər sülh dönəmində sülhü gerçəkləşdirmək üçün bir aradayıq. Kaş ki, bizim bu mövqeyimizi hər kəs anlaya biləydi. Kaş ki, hər kəs bu mövqeyə qatıla biləydi.

Biz bu gün axşam da Yunanıstandan, Bolqarıstandan, Monteneqrodan gələn liderlərlə bir yerdə olacağıq. Bu gün sabah. Balkan Qafqaz belə bağlanacaq. Təəssüf ki, bəzi ölkələr hələ bu əməkdaşlıq mühitini anlamırlar. Bir az əvvəl cənab Prezidentin, - içəridə danışdıq, - burada da bildirdiyi kimi, Qarabağ problemi çözülmədikcə Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirdikcə bu şəbəkə çərçivəsində bütün bu layihələrdən kənarda qalır. Halbuki Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsə, bu çərçivədə sülh əldə olunsa, bundan digər ölkələr kimi Ermənistan da faydalanar. Amma Türkiyə olaraq, Türkiyə Respublikasının Baş naziri olaraq, bir daha burada, Bakıda bütün Türkiyə xalqını da təmsil edərək söyləyirik ki, Azərbaycan torpaqlarının hər bir kvadratsantimetri azad olunanadək Türkiyə Azərbaycanın apardığı mübarizədə yanında olacaqdır. Bunu beynəlxalq hüquq belə söyləyir. Beynəlxalq hüququn tələbləri yerinə yetirilənə qədər Türkiyə ilə Azərbaycan bölgəni sülh bölgəsinə çevirmək üçün çiyin-çiyinə səy göstərəcəkdir. Azərbaycan əleyhinə ola biləcək hər cür mənfi münasibət Azərbaycanda olduğu qədər Türkiyədə eyni etirazla qarşılanacaq. Bu baxımdan iyul ayında cəbhə xəttində şəhid olan qardaşlarımıza rəhmət diləyirəm. Onlar qürurlu Azərbaycan üçün şəhid oldular. Yaralananlara isə şəfa diləyirəm. Mən bilavasitə xəstəxanaya gedərək Türkiyəyə apardığımız qardaşlarımızı ziyarət etdim, onlarla qucaqlaşdım. O qazilərimizə də şəfalar diləyirəm.

Azərbaycanın ürəyinə düşən ən kiçik atəş Türkiyənin ürəyinə düşmüş deməkdir. Bunu bir daha buradan bəyan etmək istəyirəm. Bundan başqa, beynəlxalq aləmdə də, regional məsələlərdə də çox yaxın bir əməkdaşlıq şəraitində bir-birimizi dəstəkləməyə davam edəcəyik. Çox gözəl bir haldır ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın üzvlüyü bitəndən sonra, inşallah, qarşıdakı oktyabr ayında Türkiyə üzv seçilər və ay-ulduzlu bir bayraq başqa ay-ulduzlu bir bayraqla əvəzlənər. Biz Azərbaycanın şanlı bayrağının harada yüksəldiyini görsək qürur duyuruq, iftixar hissi keçiririk. Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları da öz uğurlarımız kimi görürük.

Bunu bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinin hamısına dəstək verməyə davam edəcəyik. Qarşıdakı dövrdə, inşallah, daha böyük uğurlara birlikdə imza atacağıq. Başlatdığımız hər layihə sona çatacaq. Sona çatdırdığımız hər bir layihə də yeni layihələrə yol açacaq. Beş milyard dollar məbləğindəki ticarət dövriyyəsini, inşallah, 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfini qətiyyətlə həyata keçirməkdə qərarlıyıq. Eyni qaydada, qarşılıqlı sərmayələrimizi də ən yüksək səviyyəyə çıxarmaq əzmindəyik. Bütün bu ortaq hissiyyat, ortaq iqtisadistrateji məqsədlərdə də, enerji, nəqliyyat və müdafiə sənayesində də, - müdafiə sənayesinin üzərində görüşümüzdə xüsusilə dayandıq, müdafiə sənayesi bizim üçün mühüm strateji bir sektordur, - Türkiyə və Azərbaycan bir çox birgə layihələri həyata keçirməkdə qərarlıdır. Bu layihələrlə, inşallah, iki ölkənin bu ana qədər yazdığı uğur hekayəsi daha yüksək səviyyələrə çatacaq.

Mən bir daha öz Vətənimdə, ikinci demirəm, birinci evimdə olmaqdan, Azərbaycanda, Bakıda olmaqdan qürur duyuram. Türkiyə Respublikasının Baş naziri olaraq hər zaman Azərbaycanın və azərbaycanlı qardaşlarımın, can Azərbaycanın yanında olacağımızı bir daha ifadə etmək istəyirəm.

Qonaqpərvərliyiniz üçünbir daha təşəkkür edirəm. Sağ olun.

 

Azərbaycan.-2014.- 20 sentyabr.- S.2.