Nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüş
Bolqarıstan Prezidenti Rosen Plevnelievin Azərbaycana
səfəri
Sentyabrın
19-da təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olub.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Bu gün biz enerji sektoru ilə yanaşı, digər əməkdaşlıq sahələrini
müzakirə etdik. Düşünürəm ki, burada həyata keçiriləcək
investisiya qoyuluşu, müqavilələr, infrastruktur
layihələri sahəsində
geniş formatda əməkdaşlığın aparılması üçün
yaxşı potensial mövcuddur. Ümidvaram ki,
əməkdaşlıq məsələlərini
müzakirə etmək
üçün növbəti
aylarda yeni nümayəndə heyətləri
gələcək.
Bolqarıstan Prezidenti Rosen PLEVNELİEV dedi:
- Təşəkkür edirəm,
cənab Prezident. Böyük tarixi əhəmiyyətə
malik olan “Cənub” qaz dəhlizinin təməlqoyma
mərasimində iştirak
etmək bizim üçün böyük
şərəfdir. Bu, bir çox Avropa ölkələrinin
on illərlə arzuladığı
bir xəyalın reallığa çevrilməsidir
və bu məsələdə Sizin tarixi xidmətləriniz var.
Bolqarıstan Prezidenti kimi, Avropa İttifaqına üzv olan dövlət
başçıları adından
mən Azərbaycana Sizə təşəkkür
etmək üçün
gəlmişəm. Bu, bizim hamımız üçün əlamətdar
bir hadisədir. Azərbaycan bizim üçün öz baxışı, investisiya siyasəti ilə vacib ölkədir. Etibarlı
dost və tərəfdaş
ölkə kimi, biz həmişə Sizin yanınızdayıq və
əməkdaşlıq etmək
istəyirik.
Azərbaycan.-2014.-
20 sentyabr.- S.3.