Yunanıstanın Baş
naziri Antonis
Samarasın Azərbaycana səfəri
Prezident İlham Əliyevin və
Baş nazir Antonis Samarasın təkbətək
görüşü
Sentyabrın
19-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri
Antonis Samarasın təkbətək görüşü olub.
Görüşdə
ölkələrimiz arasında əlaqələrin uğurla
inkişaf etdiyi bildirildi, “Cənub” qaz dəhlizinin reallaşmasının
əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan
ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin
böyük perspektivi var.
Söhbət
zamanı ikitərəfli münasibətlər, beynəlxalq və
qarşılıqlı maraq doğuran digər məsələlər
barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 20 sentyabr.- S.4.