Baş nazirlər Azərbaycan-Türkiyə
əlaqələrinin daha da
dərinləşdirilməsi
məsələlərini müzakirə ediblər
Türkiyənin Baş naziri
Əhməd Davudoğlunun Azərbaycana səfəri
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın
19-da ölkəmizdə rəsmi səfərdə olan
Türkiyə Respublikasının Baş naziri Əhməd
Davudoğlu ilə görüşüb.
Əvvəlcə
Azərbaycanın və Türkiyənin Baş nazirlərinin
təkbətək görüşü olub.
Sonra
görüş nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Baş
nazir Artur Rasizadə ölkələrimiz arasındakı
dostluq və qardaşlıq münasibətlərindən
danışıb. Bildirilib ki, Azərbaycan və Türkiyə
bütün istiqamətlərdə, o cümlədən
siyasi, iqtisadi, humanitar sahələrdə uğurla əməkdaşlıq
edir.
Artur
Rasizadə Əhməd Davudoğlunun bu səfərinin ölkələrimiz
arasında əməkdaşlığın daha da güclənməsinə
töhfə verəcəyinə əminliyini bildirib.
Dünyada
baş verən hadisələr fonunda hər iki ölkənin
münasibətlərinin daha sıx olmasının vacibliyini
vurğulayan Azərbaycanın Baş naziri deyib ki, yeni
çağırışlarla üzləşdiyimiz
hazırkı zamanda biz daha güclü olmalıyıq.
Azərbaycan-Türkiyə
əməkdaşlığının gələcəkdə
daha da inkişafı üçün yaxşı
potensialın olduğunu vurğulayan Artur Rasizadə hər iki
ölkənin birgə reallaşdırdığı iri layihələrin
əhəmiyyətini diqqətə çatdırıb.
Türkiyənin
Baş naziri Əhməd Davudoğlu yüksək səviyyəli
qarşılıqlı səfərlərin münasibətlərimizin
inkişafında önəmli rol oynadığını qeyd
edib.
Baş
nazir Əhməd Davudoğlu qardaş ölkələrimizin
son 10 ildə keçdiyi inkişaf yoluna nəzər salaraq
qeyd edib ki, Azərbaycanın və Türkiyənin birgə həyata
keçirdiyi uğurlu layihələrə artıq dünya
dövlətləri də maraq göstərir. Türkiyənin
Baş naziri əmin olduğunu bildirib ki, ölkələrimiz
arasında dostluğa və qardaşlığa söykənən
əlaqələr daha da genişlənəcək.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 20 sentyabr.- S.5.