Baş nazir
Əhməd Davudoğlu Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub
Türkiyənin Baş naziri
Əhməd Davudoğlunun Azərbaycana səfəri
Sentyabrın
19-da Türkiyə Respublikasının Baş naziri Əhməd
Davudoğlu Azərbaycan Respublikasına rəsmi səfəri
çərçivəsində Bakıdakı Türk Anadolu
Liseyi ilə tanış olub.
Liseyin fəaliyyəti barədə Baş nazir Əhməd Davudoğluna ətraflı məlumat verilib.
Türkiyənin Baş naziri şagirdlərlə görüşüb, onlara hədiyyələr təqdim edib.
Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə
arasında dostluq, qardaşlıq
münasibətlərindən, bütün
istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıqdan
danışıb, liseyin kollektivinə
müvəffəqiyyətlər arzulayıb.
Azərbaycan.-2014.- 20 sentyabr.- S.5.