Səhiyyə naziri Ağdam rayonunda vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstəriş
və tövsiyələrinə əsasən regionlarda vətəndaşların
qəbulu davam etdirilir.
AzərTAc
xəbər verir ki, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən
şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay
Şirəliyev sentyabrın 19-da Ağdam rayonunun Quzanlı qəsəbəsində
vətəndaşlar üçün qəbul keçirib.
Ağdam
Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda
Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Beyləqan
rayonlarının sakinləri iştirak ediblər.
Qəbul
zamanı sağlamlıq problemləri, işlə təminat və
s. məsələlərlə bağlı, ümumilikdə,
50 nəfərin müraciəti dinlənilib, səhiyyə sahəsinə
dair vətəndaşları maraqlandıran suallar
cavablandırılıb.
Vətəndaşların
müraciətində qaldırılan məsələlər
nazirliyin müvafiq qurumlarının əməkdaşlarının
iştirakı ilə araşdırılıb, onların bəziləri
yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlər aidiyyəti üzrə
çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə
götürülüb.
Azərbaycan.-2014.- 20 sentyabr.- S.9.