Malta Respublikasının
Prezidenti Zati-aliləri
xanım Mari-Luiz Koleyro Prekaya
Hörmətli
xanım Prezident,
Malta
Respublikasının milli bayramı – Müstəqillik
günü münasibətilə Sizi və bütün
xalqınızı şəxsən öz adımdan və Azərbaycan
xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram
ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da inkişaf edəcək və
genişlənəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Malta xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 17 sentyabr 2014-cü il.
Azərbaycan.-2014.- 21 sentyabr.- S.3.