Azərbaycan Prezidenti İlham Əliyev Böyük
Britaniyanın
ticarət və
investisiyalar üzrə dövlət nazirini qəbul edib
Sentyabrın
20-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının ticarət və investisiyalar üzrə
dövlət naziri Lord Livinqtonu qəbul edib.
Görüşdə
Azərbaycan Respublikası ilə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı
arasında ikitərəfli münasibətlərin yüksək
səviyyədə olduğu bildirildi, dinamik inkişaf edən
əməkdaşlığımızın perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları, qeyri-neft sektoru, kənd təsərrüfatı,
səhiyyə, təhsil sahələrinin inkişafına,
infrastruktur layihələrinin həyata keçirilməsinə
xüsusi diqqət yetirildiyi bildirildi.
Azərbaycan.-2014.- 21 sentyabr.- S.5.