Prezident İlham
Əliyev ABŞ Dövlət Departamentinin
beynəlxalq enerji məsələləri
üzrə xüsusi nümayəndəsinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
20-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri
üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin
başçısı Azərbaycan ilə ABŞ arasında
energetika sahəsində uzun illər səmərəli əməkdaşlıqdan
məmnunluğunu bildirdi, ölkəmizin təşəbbüsü
ilə həyata keçirilən layihələrə Birləşmiş
Ştatlar hökumətinin verdiyi dəstəyin önəmini
qeyd etdi.
“Cənub”
qaz dəhlizi layihəsinin böyük regional əhəmiyyət
daşıdığını vurğulayan Amos Hokstayn layihənin
təməlqoyma mərasimi münasibətilə Prezident
İlham Əliyevi təbrik etdi.
Görüşdə
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin
hazırkı vəziyyəti və perspektivləri ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 21 sentyabr.- S.5.