Prezident İlham
Əliyev bp şirkətinin baş icraçı direktorunu
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
20-də bp şirkətinin baş icraçı direktoru Robert
Dadlini qəbul edib.
Görüşdə
Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli
uğurlu əməkdaşlığın önəmi
vurğulandı, “Cənub” qaz dəhlizi layihəsinin regional əməkdaşlığın
daha da genişləndirilməsi baxımından əhəmiyyəti
qeyd olundu, layihənin icrası ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 21 sentyabr.- S.5.