Avropa Parlamenti şantaj yolunu tutub
Dövlət müstəqilliyini bərpa
etdikdən və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra Azərbaycan insan hüquq və azadlıqlarının
aliliyinə əsaslanan
hüquqi dövlət
quruculuğu yolunu seçib. Bu yolda
zaman-zaman qarşıya
çıxan çoxsaylı
maneələrə, təzyiqlərə
və təhdidlərə
baxmayaraq, respublikamız
demokratik dəyərlərə
sadiq olub, Avropaya inteqrasiya siyasətini əzmlə davam etdirib.
Son illərdə isə
Azərbaycan dinamik və davamlı inkişaf yoluna qədəm qoyub. İstər siyasi,
istər iqtisadi, istər sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan
nailiyyətlər respublikamızın
regional və beynəlxalq
nüfuzunun artmasına,
dünyada daha yaxından tanınmasına
böyük töhfələr
verməkdədir. Bu gün Cənubi Qafqazın lideri olan, Avropanın və bir sıra
aparıcı dövlətlərin
enerji təhlükəsizliyinin
təmin olunmasında
mühüm rol oynayan Azərbaycanla dünyada hesablasır, mövqeyini bölüşürlər.
Bu günlərdə Azərbaycanda "Cənub"
qaz dəhlizinin təməlinin qoyulması
ilə bağlı keçirilən təntənəli
mərasim deyilənlərin
əyani təsdiqidir.
Azərbaycanla müqayisədə Ermənistan
nəinki yerində sayır, geriyə addımlayır. Ermənistan iqtisadiyyatının səviyyəsi
20 il əvvəlki
göstəricilərlə təxminən eynidir. Bu ölkə siyasi
tərəfdən olduğu
kimi, iqtisadi tərəfdən də tamamilə asılı vəziyyətə düşüb.
Seçkilərin insan ölümü,
namizədin güllələnməsi
ilə müşahidə
olunduğu bir ölkədə, əlbəttə
ki, demokratik dəyərlərdən və
insan hüquqlarından
danışmağa dəyməz.
Bütün bunları dünya
görür və xüsusən Qərbin bəzi dairələri Ermənistanın Azərbaycan
qarşısında miskin
durumda olmasını qısqanclıqla qarşılayırlar.
Üstəlik, Azərbaycanın
modern, aydın mövqeyi
olan, siyasi və iqtisadi baxımdan tam müstəqil
siyasət yeridən dövlət kimi beynəlxalq birlikdə öz yerini möhkəmləndirməsi Avropanın
bəzi təşkilatlarının,
xüsusən erməni
təəssübünü çəkən dairələrin,
erməni lobbisinin maraqlarına xidmət edən mərkəzlərin
ölkəmizə qarşı
qərəzli münasibət
ortaya qoymaları ilə müşahidə olunur. Belə təşkilatlardan biri də Avropa
Parlamentidir (AP).
AP-nin bu günlərdə Azərbaycanda
insan hüquqlarına
dair qəbul etdiyi qərəzli qətnamə də əvvəlkilər kimi tamamilə əsassız və qeyri-obyektiv olmaqla ölkəmizin uğurlarına olan qısqanclığın növbəti
nümunəsidir. Heç bir əsas olmadan,
tələm-tələsik çağırılmış
və Avropa Parlamentinin 751 deputatından
cəmi 46 nəfərinin
iştirakı ilə
keçirilən iclasda
belə bir qətnamənin qəbul olunması onun sifarişli olmasından xəbər verir. Qətnamədə Azərbaycana qarşı
ədalətsizlik, onun
beynəlxalq nüfuzuna
ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq-mühafizə
orqanlarına hörmətsizlik,
ölkəmizdə daxili
ictimai-siyasi vəziyyəti
gərginləşdirmək cəhdi açıq şəkildə özünü
büruzə verir. Konkret cinayət əməllərinə
görə həbs olunmuş və ya məhkum edilmiş şəxslərin
"dərhal, qeyd-şərtsiz
azad olunması", anarxiya və özbaşınalığa
yol aça biləcək "sərhədsiz
azadlıq" tələbləri,
Azərbaycanla əməkdaşlıq
edən digər beynəlxalq qurumlara qarşı təzyiq və şantaj cəhdi və s. bu sənədin, onu qəbul edən bir qrup
deputatın məkrli simasını açıq
nümayiş etdirir. AP-nin Azərbaycana
təzyiq göstərmək
üçün Beynəlxalq
Olimpiya Komitəsinə
və quruma üzv olan ölkələrə
çağırışı bunu bir daha
təsdiq edir.
Son dərəcə qərəzli
olan bu qətnamə
başdan-ayağa iftira
ilə doludur. Burada yer alan
müddəalar demək
olar ki, yoxlanılmayıb. Daim Azərbaycana
qarşı qərəzli
davranan təşkilatların
hesabatları ilə
AP-nin qətnaməsi arasında heç bir fərq yoxdur.
Bu mənada AP-nin bu addımının
antiazərbaycançı şəbəkənin
sifarişi ilə ölkəmizə qarşı
aparılan çirkin
siyasi kampaniyanın tərkib hissəsi olmasına heç bir şübhə yoxdur. Bu qətnamə
regionun lider dövləti olan, beynəlxalq imici yüksələn Azərbaycanın
artan siyasi nüfuzuna xələl gətirilməsinə yönəlib.
Əslində isə, Azərbaycana
qarşı məqsədyönlü
şəkildə yürüdülən
siyasi sifariş və ikili standartlardan
qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının
özünün təməl
maraqlarına zidd fəaliyyət göstərən
qüvvələrin mövcudluğuna
dəlalət edir.
Ümumiyyətlə, AP həmişə Azərbaycana
qarşı ədalətsiz
mövqeyi ilə seçilib. İndiyədək dəfələrlə antiazərbaycançı şəbəkənin
əlində alətə
çevrilərək ölkəmizlə
bağlı həqiqətdən
uzaq olan, yalnız bəzi müxalifət və QHT təmsilçilərinin təqdim
etdikləri yalan məlumatlar əsasında
hesabatlar hazırlayıb.
Bu təşkilat hesabatlarını hazırlayarkən
heç vaxt Azərbaycanın rəsmi
dövlət qurumlarına
istinad və ya müraciət etmir və beləliklə
də, bilərəkdən
qərəzə yol verir. Maraqlıdır ki, AP Azərbaycanla
bağlı əlamətdar
hadisələr, ölkəmizin
uğur qazandığı
dönəmlərdə xüsusilə
"fəallaşır", qərəzli mövqeyini ortaya qoyur. Bu dəfə də
belə oldu.
"Əsrin müqaviləsi"nin 20 illik yubileyi və "Cənub" qaz dəhlizinin təməlinin
qoyulması ərəfəsində
AP əvvəllər olduğu
kimi Azərbaycanla bağlı qeyri-obyektiv qətnamə qəbul etdi.
Bu gün Avropaya
inteqrasiya yolu tutan Azərbaycan həm də bütün bəşəriyyətə
qarşı təhlükə
olan terrorizmlə mübarizə aparır. Azərbaycan həm
də Avropanın enerji təhlükəsizliyinə
böyük töhfə
verən strateji tərəfdaşdır. Torpaqlarının Ermənistan tərəfindən
işğalına baxmayaraq,
Azərbaycan demokratiya
yolu ilə inkişaf edir, cəmiyyətimiz öz tolerantlıq ənənələrini
saxlayır və inkişaf etdirir. Lakin AP-nin bütün bunları görmək, Azərbaycanın torpaqlarının
Ermənistan tərəfindən
işğalı nəticəsində
1 milyona yaxın azərbaycanlının hüquqlarının
pozulmasına münasibət
bildirmək əvəzinə
antiazərbaycançı şəbəkənin
sifarişi ilə iftira dolu qətnamə
ortaya qoyması sadəcə təəssüf
doğurur.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 23 sentyabr.- S.4.