“The Huffington Post”: Böyük Britaniya Dağlıq Qarabağ
münaqişəsinin
həllində daha fəal mövqe nümayiş etdirməlidir
Londonda nəşr
edilən “The Huffington Post” qəzetində
“Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həllində
daha fəal mövqe nümayiş etdirməlidir” sərlövhəli
məqalə dərc olunub.
“Faith Matters” qeyri-hökumət təşkilatının direktoru
Fiyaz Muğalın müəllifi olduğu məqalənin əvvəlində
Azərbaycanın strateji
əhəmiyyətindən bəhs edilir, digər ölkələrin
Azərbaycanın önəmini
dərk etmələrinin
vacibliyini vurğulayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs
edən F.Muğal yazır ki, Ermənistanın işğalçılıq
siyasəti nəticəsində
Azərbaycanın ərazi
bütövlüyü pozulub. Münaqişə nəticəsində 1 milyondan
artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilib. 1992-ci ildə Xocalıda dinc Azərbaycan sakinləri qətlə yetirilib. Münaqişə region üçün ciddi təhlükələr
yaradır. Buna görə də bu problemin tez
bir zamanda həlli vacib məsələdir.
Məqalədə, həmçinin Azərbaycan
Prezidenti İlham Əliyevin münaqişənin
həlli ilə bağlı göstərdiyi
səylərdən, keçirdiyi
görüşlərdən bəhs edilir.
Müəllif Azərbaycanın müstəqilliyini
bərpa etdikdən sonra əldə etdiyi nailiyyətlərdən,
ölkənin dövlət
idarəçiliyi və
insan hüquqları sahəsindəki uğurlarından
söz açır. Ölkəmizin Qərb ilə Şərq arasında körpü rolu oyandığı bildirilən
yazıda qeyd edilir ki, bütün
bunlar nəzərə
alındıqda Azərbaycan
Birləşmiş Krallıq
üçün Qafqazda
əsas tərəfdaşdır.
Müəllif, həmçinin Böyük
Britaniya ilə Azərbaycan arasında xüsusilə enerji sahəsində sürətlə
inkişaf edən əlaqələrdən bəhs
edir.
O, vurğulayır ki, Birləşmiş Krallıq
BMT Təhlükəsizlik Şurasının
Ermənistan qoşunlarının
işğal edilmiş
Azərbaycan ərazilərini
tərk etməsi ilə bağlı 4 qətnaməsinin icrasında
daha fəal iştirak etməli və münaqişənin
uzanmasına icazə verməməlidir.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2014.- 23 sentyabr.- S.6.