Xalq Yazıçısı Elçin daha bir beynəlxalq mükafata
layiq görülüb
Azərbaycanın
Xalq Yazıçısı Elçinin əsərləri
mütəmadi olaraq xarici ölkələrdə nəşr
edilir.
Ədibin roman və hekayələri Serbiya Respublikasında da geniş yayılıb. Xalq Yazıçısının serb
dilində nəşr
olunan “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” romanları,
eləcə də hekayələri bu ölkənin ədəbi
ictimaiyyətinin və
geniş oxucu kütləsinin rəğbətini
qazanıb.
AzərTAc xəbər verir
ki, Serbiyada fəaliyyət göstərən,
beynəlxalq səviyyədə
tanınmış, nüfuzlu
“Kariç qardaşları
Fondu” İdarə Heyətinin qərarı ilə Azərbaycanın Xalq Yazıçısı
Elçin 2014-cü ildə
“Ədəbiyyat sahəsində
əldə edilmiş
yüksək bədii-estetik
nailiyyətlərə görə”
nominasiyası üzrə
“Beynəlxalq Kariç
qardaşları” mükafatına
layiq görülüb.
Mükafatın təqdimat mərasimi sentyabrın 30-da Serbiyanın
paytaxtı Belqrad şəhərindəki Böyük
Teatrda keçiriləcəkdir.
Azərbaycan.-2014.-
23 sentyabr.- S.7.