Qırğızıstan Milli
Kitabxanasının 80 illik yubiley
tədbirlərində Azərbaycan
da təmsil olunub
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim
Tahirov Qırğızıstanın paytaxtı Bişkekdə
keçirilən Qırğızıstan Milli
Kitabxanasının 80 illik yubiley tədbirlərində
iştirak edib.
Milli
Kitabxanadan AzərTAc-a bildirilib ki, tədbirdə
Qırğızıstan Milli Kitabxanasının direktoru
Jıldız Bakaşova təmsil etdiyi qurumun fəaliyyəti
haqqında geniş məruzə ilə çıxış
edib.
Yubiley
tədbirində Azərbaycan Milli Kitabxanasının direktoru,
Türkdilli Ölkələrin Milli Kitabxana direktorları
şurasının vitse-prezidenti Kərim Tahirov
çıxış edərək Qırğızıstan
Milli Kitabxanasına xoş arzularını
çatdırıb, kollektivə gələcək işlərində
uğurlar arzulayıb.
Sonra
qonaqlar hədiyyələrini Qırğızıstan Milli
Kitabxanasının direktoruna təqdim ediblər.
Tədbir
çərçivəsində Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov Avrasiya Kitabxanalar
Assambleyası (ÁAE) əməkdaşlıq təşkilatının
XVI ümumi iclasında, “Avrasiya mədəni-humanitar məkanının
möhkəmləndirilməsi və genişləndirilməsində
Milli Kitabxanaların rolu” mövzusunda “dəyirmi masa”da və
Türkdilli Ölkələrin Milli Kitabxana direktorları
şurasının iclasında iştirak edib.
Türkdilli
Ölkələrin Milli Kitabxana direktorları
şurasının iclasını vitse-prezident Kərim Tahirov
açaraq şuranın 2012-2014-cü illər fəaliyyəti
haqqında məlumat verib.
İclasda
ikitərəfli və çoxtərəfli əməkdaşlıq
haqqında protokolun məqsədlərinə nail olmaq
üçün işçi proqramın hazırlanması,
türkdilli ölkələrin milli kitabxana direktorları
şurasının strukturunun yaradılması, latın əlifbasında
UNİCOD standartına əsaslanan resursların toplu kataloqunun
inkişafı, informasiya texnologiyalarının tətbiqi məsələləri
üzrə nəşrlərin mübadiləsi, türkdilli
ölkələrin tarixi şəxsiyyətləri haqqında
biblioqrafiyaların tərtibi və nəşri, türk
tematikasına uyğun ədəbiyyatın mübadiləsi və
başqa məsələlər geniş müzakirə olunub.
Azərbaycan.-2014.- 23 sentyabr.- S.12.