Prezident İlham Əliyev İsmayıllıda uşaq istirahət və

 əyləncə parkında yaradılan şəraitlə tanış olub

 

Azərbaycan Prezidenti İlham Əliyevin

 İsmayıllı və Qəbələ rayonlarına səfəri

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına burada aparılan əsaslı təmir işləri barədə məlumat verildi. Bildirildi ki, ümumi ərazisi iki hektar olan bu istirahət mərkəzində balacalar üçün hər cür şərait yaradılıb, yaşıllıq zolaqları salınıb, müxtəlif dekorativ ağac və kollar əkilib, hovuz, kafe, 250 yerlik açıq kinoteatr, iki uşaq-əyləncə meydançası inşa olunub. Burada müxtəlif heyvan fiqurları qoyulub ki, bu da balacaların marağına səbəb olur. Bu istirahət ocağı İsmayıllının ən gözəl və görməli yerlərindən birinə çevrilib.

Uşaq istirahət və əyləncə parkında yaradılan şərait həm də ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin miqyasını aydın göstərir. Beləliklə, bu parkda yaradılan şərait istər uşaqlar, istər rayon sakinləri, istərsə də İsmayıllıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.

 

Azərbaycan.-2014.- 24 sentyabr.- S.3.