Qəbələdə “Qafqaz
Yengicə Termal Hotel və
SPA” kompleksi açılıb
Azərbaycan Prezidenti İlham
Əliyevin İsmayıllı və Qəbələ
rayonlarına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
22-də Qəbələdə "Qafqaz Yengicə Termal Hotel
və SPA" kompleksinin açılışında
iştirak edib.
Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni turizm obyekti ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.
Dövlət başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlandı.
Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə "Qafqaz Yengicə Termal Hotel və SPA"-da yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.
Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Mükəmməl infrastruktura malik kompleksin avadanlıqla təchizatı ən müasir standartlara uyğundur.
Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Beləliklə, qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu oteldə yaradılan şərait bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bölgələrdə bununla bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd olundu ki, otelin əhəmiyyətini artıran mühüm cəhət burada müalicəvi su mənbəyinin olmasıdır. Tarixi araşdırmalar, kimyəvi və tibbi yoxlamalar bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib. Oteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçiriləcək.
Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Qəbələ rayonunda yeni otel istifadəyə
verilir. Bu gözəl
hadisə münasibətilə
sizi təbrik edirəm. İndi tanış oldum, çox gözəl şərait var, ən yüksək
səviyyədə xidmət
göstəriləcəkdir. Qəbələnin turizm potensialının
inkişafı üçün
bu otelin də çox böyük əhəmiyyəti
olacaqdır. İndi Bakıdan
sonra otellərin sayına görə Qəbələ ikinci yerdədir. Bu, məni çox sevindirir. Çünki bu bölgənin
çox gözəl turizm imkanları var. Şadam ki, son illərdə biz bu imkanlardan maksimum dərəcədə istifadə
edirik.
Qəbələdə beşulduzlu, dördulduzlu,
üçulduzlu otellər
tikilir. Bu otelin
də xüsusiyyəti
ondan ibarətdir ki, burada insanlar
müalicəvi sulardan
istifadə edəcəklər
və əlbəttə
ki, turistlərin axını daha da güclü olacaqdır. Qəbələ Beynəlxalq Aeroportunun tikintisindən sonra indi buraya xarici
qonaqlar da gəlirlər, onların da sayı artır.
Azərbaycan vətəndaşları burada istirahət edirlər. Çox gözəl, əlamətdar
hadisələrdir. Çünki bunlar həm bölgənin, həm Qəbələ rayonunun, eyni zamanda, ölkəmizin
inkişafına xidmət
göstərir.
Bu gün Qəbələdə
tikilən otellər ən yüksək səviyyədədir. Yəni bunların hamısı
müasir standartlara cavab verir və
istirahət etmək üçün çox gözəl imkanlar var. Qəbələ, eyni zamanda, mədəniyyət
mərkəzinə çevrilir.
Ənənəvi musiqi festivalları
keçirilir və qonaqların sayı artır. Xarici qonaqlar Qəbələ ilə tanış
olarkən vətənə
döndükdə, əlbəttə
ki, öz təəssüratlarını bölüşürlər. Beləliklə, bu bölgəyə, bu şəhərə maraq daha da
artır. Əlbəttə, bu, insanlar üçün
də yeni imkanlardır. Bax, bu ərazidə bir neçə kənd yerləşir. O kəndlərin
sakinləri də bundan istifadə edəcəklər, iş yerləri
açılır. Minlərlə
iş yerləri açılıbdır. Turizm obyektlərində
işləyənlərin sayı
artır. Həm
təcrübə toplayırlar,
eyni zamanda, yaxşı maaş
alırlar. Beləliklə, ölkəmizin turizm
sektoru sürətlə
inkişaf edir.
Əlbəttə ki, turizmin inkişafı
baxımından Bakı
- bizim paytaxtımız
birinci yerdədir. Bakıda indi
dünyanın bütün
əsas otel şəbəkələri fəaliyyət
göstərir. Son 2-3 il ərzində
şəhərimizdə beşulduzlu
altı otel tikilmişdir. Bütün bu otellər
ən yüksək səviyyədə xidmət
göstərir. Baxın,
cəmi iki il ərzində Bakıda "Marriott", "Hilton",
"Kempinski", "Jumeirah",
"Fairmont", "Four Seasons"- dünya
miqyasında ən birinci sırada olan altı otel fəaliyyət göstərir. Ondan sonra "Sheraton",
"Hyatt", "Radisson". Bu, ölkəmizin inkişafını
göstərir və investorların Azərbaycanın
gələcəyinə inamını
əks etdirir.
İndi
bölgələrdə də
bu proses gedir. Şadam ki, digər
rayonlarda da gözəl otellər açılır və mən də bütün o açılışlarda
şəxsən iştirak
edirəm. Misal üçün,
bu yaxınlarda Şamaxıda gözəl
otel açılmışdır
- "Rixos". Qubada böyük
qolf meydançası
ilə bərabər müasir otel açılmışdır. Burada naftalan vannaları da vardır. O da çox düzgün
addımdır. Çünki indiyədək insanlar naftalandan ancaq Naftalan şəhərində
istifadə edə bilirdilər. İndi Naftalan
şəhərində beşulduzlu
iki otel fəaliyyət göstərir.
Üçüncüsü də təxminən
yaxın zamanlarda açılacaqdır. Yəni
bütün bölgələrdə
bu proses gedir. İndi şəhərlər arasında turizmin inkişafı ilə bağlı gedən rəqabət məni çox sevindirir. Çünki bu, sağlam
rəqabətdir. Bizim çox
gözəl ölkəmiz,
çox gözəl təbiətimiz, müxtəlif
iqlimimiz, müxtəlif
təbii zonalarımız,
dağlarımız, çaylarımız,
meşələrimiz var. Əlbəttə,
biz bundan maksimum dərəcədə istifadə
etməliyik ki, həm vətəndaşlar,
həm də dövlət fayda götürsün.
Bizim güclü
iqtisadiyyatımız var. Təbii
ki, neft-qaz sektorumuz inkişaf edir. Bu yaxınlarda tarixi hadisə baş vermişdir. Bundan sonra onilliklər, bəlkə də 100 ildən artıq bir müddətdə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq və bundan biz gəlir əldə edirik. Ancaq biz çalışmalıyıq ki,
xidmət, qeyri-neft, sənaye sektorları və turizm inkişaf etsin. Turizm daimi gəlir mənbəyidir. Sadəcə, infrastruktur olmalıdır.
Yollar, aeroport, əlbəttə ki, bütün digər infrastruktur layihələri - su, kanalizasiya, qazlaşdırma,
elektrik enerjisi, otellər və yüksək xidmət.
Qəbələdə artıq fəaliyyət göstərən otellərdə
xidmət yaxşı
səviyyədədir. Əminəm
ki, burada da belə olacaq,
insanlar üçün
yeni iş yerləri açılacaq.
Sizi bu gözəl hadisə münasibətilə ürəkdən
təbrik edirəm və uğurlar arzulayıram.
* * *
Rayon ictimaiyyəti adından çıxış edən
Ağsaqqallar Şurasının
üzvü Qüdrət
SƏMƏDOV Prezident İlham
Əliyevə Qəbələnin
inkişafına göstərdiyi
diqqət və qayğıya görə təşəkkür edərək
dedi:
- Möhtərəm cənab
Prezident, bütün Qəbələ camaatı
adından Sizi salamlayır, Sizə Qəbələmizə "Xoş
gəlmisiniz" deyirəm.
Bu gün biz möhtəşəm
bir otelin açılışına toplaşmışıq.
Mənim
yaxşı yadımdadır.
Əvvəllər bura kol-kosdan,
bataqlıqdan ibarət
bir ərazi idi. Buradan çıxan müalicəvi
mineral sulardan qətiyyən
istifadə olunmurdu.
Ancaq dörd il əvvəl
Sizin tapşırığınızla
burada möhtəşəm
otel-sağlamlıq kompleksinin
tikintisinə başlanılıb
və bu gün o kompleksi bizim istifadəmizə verirsiniz. Burada şəfa tapan
minlərlə insanın
xeyir-duası daim Sizin üzərinizdə olacaqdır, möhtərəm
Prezidentimiz.
İnkişaf edən Azərbaycanımızın
ərazisində doğma
Qəbələmiz də
özünə layiqli
bir yer tutur. Qəbələ də Sizin diqqət
və qayğınız
sayəsində öz
tarixiliyini və keçmişini saxlamaqla bərabər, mötəbər
beynəlxalq tədbirlərin
keçirildiyi müasir
bir məkana çevrilib. Qəbələmizdə çoxsaylı turizm kompleksləri, bu cür otellər, müalicə müəssisələri,
iri sənaye müəssisələri, iri
istehsal obyektləri tikilir, təhsil, səhiyyə ocaqları istifadəyə verilir.
Qəbələdə yüz kilometrlərlə
asfalt yollar çəkilir, yeni yaraşıqlı evlər,
yaşayış binaları
inşa olunur. Qəbələmizə gələn qonaqlar
öz heyranlıqlarını
heç cür gizlədə bilmirlər.
Artıq neçə illərdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Qəbələmizdə ənənə
halı almış beynəlxalq musiqi festivalları keçirilir. Fürsətdən istifadə edərək, milli musiqi mədəniyyətimizin
hamisi, eyni zamanda, Qəbələ musiqi festivallarının təşkilatçısı və
bu tədbirlərin həyata keçirilməsində
çox böyük əmək sərf etmiş Mehriban xanım Əliyevaya da qəbələlilərin
minnətdarlığını çatdırmaq istəyirəm.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 24 sentyabr.- S.3.