Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı və Qəbələ rayonlarına səfəri

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəldi.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

Azərbaycan.-2014.- 24 sentyabr.- S.3.