Prezident İlham
Əliyev “Rossiya Seqodnya”
beynəlxalq
informasiya
agentliyinin baş direktorunu qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
23-də “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş
direktoru Dmitri Kiselyovu qəbul edib.
“Rossiya
Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri
Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə
ölkəmizdə yaradılan şəraitə görə
dövlətimizin başçısına minnətdarlığını
bildirərək bu agentlik vasitəsi ilə Azərbaycanla
bağlı verilən müxtəlif səpkili
informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq
doğurduğunu diqqətə çatdırdı. O, Azərbaycanda
mövcud olan rusdilli informasiya vasitələrinə və
rusdilli təhsil müəssisələrinə yaradılan
şəraiti də yüksək dəyərləndirdi.
Dövlətimizin
başçısı son illər ölkəmizdə təhsil,
mədəniyyət, kütləvi informasiya vasitələrinin
inkişafı ilə bağlı müxtəlif dövlət
proqramlarının uğurla həyata keçirildiyini
vurğuladı.
Görüşdə
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında mətbuat və informasiya sahəsində mövcud
olan əməkdaşlığın müxtəlif aspektləri
ətrafında fikir mübadiləsi aparıldı, bu sahədə
əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin
zəruriliyi vurğulandı.
Azərbaycan.-2014.- 24 sentyabr.- S.5.