Öz gözündə tiri görməyənlər...

 

Avropa Parlamenti öz işini kənara qoyub, başqa məsələlərlə məşğul olur

 

Sentyabrın 18-də Avropa Parlamentində (AP) Azərbaycanla bağlı qəbul olunan qərəzli qətnaməyə ölkə ictimaiyyətinin etirazları davam etməkdədir. Adıçəkilən qurumun ümumilikdə 754 deputatından cəmi 46-nın iştirakı ilə qəbul olunan bu "sənəd"in nəyə və kimlərə xidmət etdiyi aydın şəkildə görünür. Xatırladaq ki, həmin qərəzli qətnamədə guya ölkəmizdə demokratik azadlıqların pozulduğu, QHT-lərin hüquqlarının məhdudlaşdırıldığı öz əksini tapıb. Bununla bərabər, Azərbaycan xalqına xəyanət etmiş şəxslərin "qeyri-şərtsiz" azadlığa buraxılması istənilir.

Öncə onu qeyd edək ki, Avropa Parlamenti mütəmadi olaraq ölkəmiz əleyhinə qərəzli məlumatlar yayır, mahiyyəti bəlli olmayan müzakirələr aparır. Bu dəfə isə Azərbaycan hökumətindən "xalq diplomatiyası" adı altında erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən insanların azad olunmasını "tələb edirlər". Aydın məsələdir ki, bunu istəyənlər ancaq erməni lobbisinin təsiri altındakılar, antiazərbaycançı şəbəkənin nümayəndələri ola bilərlər. Bu şəxslər həbsdə olanların durumundan yox, öz məqsədlərinin həyata keçirilməsində çətinə düşdüklərindən narahatdırlar. Yeni Leyla Yunusovalar, Rauf Mirqədirovlar tapa bilməyəcəklərindən çəkinib əsası olmayan bəyanatlar verməklə məşğuldurlar. Göründüyü kimi, AP ölkədəki "beşinci kolon"un fəaliyyətinin məhdudlaşdırılmasından ciddi narahatlıq keçirir.

Bu məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi bir daha həmin qurumun Azərbaycana qarşı olan qərəzli münasibətini açıq şəkildə ortaya qoyur. Komitə sədri qurumun belə bir qətnamə qəbul etməklə növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərdiyini deyib: "Ümumiyyətlə,  Azərbaycan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərimizin artması, iqtisadi-hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız və siyasi nüfuzumuzdur. Avropa Parlamentinin də Azərbaycanla bağlı məsələni müzakirəyə çıxarması məhz qısqanclığın nəticəsidir. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilavasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən şəxslərin təqdim və qəbul  etdiyi qətnamədir".

E.İbrahimov onu da  bildirib ki, qətnamə layihəsini hazırlayan və qəbul edən 46 deputatın cəmi birizamansa Azərbaycanda səfərdə olub: "Bunların hamısı buya digər formada erməni lobbisi ilə əlaqədədirlər. Özü də mənim bildiyim qədər onlardan 45-i ümumiyyətlə, Azərbaycanda olmayıb. Sual olunur, Azərbaycanda olmadıqları, ölkəmizdəki vəziyyəti bilmədikləri halda, onlarhaqla belə sənəd qəbul edirlər?  Axı, buna sizin nə haqqınız var? Kim sizə belə bir haqqı verib?

Ona görə də bir daha demək istəyirəm ki, onlar ədalətin yox, ədalətsizliyin tərəfindədirlər..."

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanda insan hüquqları ilə bağlı qərəzli qətnaməsi birinci deyil, bu qurum ölkəmizlə bağlı dəfələrlə belə qətnamələr qəbul edib. Deputat hesab edir ki, bu qurum Avropa İttifaqının öz ərazisində olan problemləri ilə məşğul olsa  daha yaxşı olar: "Azərbaycanın Avropa İttifaqı ilə müəyyən əlaqələri var, AVRONEST parlament qurumu fəaliyyət göstərir və orada müzakirə üçün mexanizmlər mövcuddur. Təəssüf ki, Avropa Parlamenti öz işini kənara qoyub başqa məsələlərlə məşğuldur.

Deputatın fikrincə, Azərbaycanın Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər kimi əsas problemlərini bir kənara qoyub, belə məsələlərdə müşahidəçi mövqeyindən çıxış edirlərsə, bizim də onların qəbul etdikləri qərarlara görə narahat olmağımıza dəyməz.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 24 sentyabr.- S.9.