ABŞ-ın məhşur “Meri Mak Brayd

musiqi qrupu Naxçıvanda konsert verib

 

Dünən Amerikanın məhşur “Meri Mak Brayd” musiqi qrupu Naxçıvanda maraqlı konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan konsertdən əvvəl Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan çıxış edib. O, tədbirin keçirilməsində göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Səfirlik nümayəndəsi qeyd edib ki, qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin “Mədəniyyət elçiləri” proqramı çərçivəsində həyata keçirilir. Bildirilib ki, konsert proqramı ABŞ səfirliyi tərəfindən Naxçıvanda keçirilən ilk belə tədbirdir və bu konsertin keçirilməsində məqsəd amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təşviq etməkdən ibarətdir.

Azərbaycanda ikinci dəfə olanMeri Mak Braydmusiqi qrupu naxçıvanlı musiqisevərlər qarşısında ən çox sevilən mahnılarını səsləndirib. Konsert proqramını naxçıvanlılar alqışlarla qarşılanıb.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 25 sentyabr.- S.7.