Azərbaycan Prezidenti İlham Əliyev Moskva
şəhəri merinin
başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
25-də Moskva şəhərinin meri Sergey Sobyaninin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin
başçısı Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında ikitərəfli münasibətlərin
dinamik şəkildə uğurla inkişaf etdiyini bildirdi.
Ölkələrimizin həm yüksək səviyyədə,
həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində
fəal əməkdaşlıq etdiyini deyən Prezident
İlham Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan
hökumətlərarası birgə iqtisadi komissiyanın
iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini
qeyd etdi. Moskva şəhəri ilə mövcud olan ənənəvi
əlaqələrin önəmini vurğulayan dövlətimizin
başçısı son dövrlərdə Rusiya
paytaxtında həyata keçirilən geniş yenidənqurma
işlərinin böyük maraq doğurduğunu bildirdi.
Bakı şəhərində də sürətli inkişaf
və abadlıq işlərinin həyata keçirildiyini deyən
Prezident İlham Əliyev paytaxtlarımız arasında təcrübə
mübadiləsinin səmərəli olacağını qeyd
etdi. Azərbaycan Respublikasının Prezidenti Moskva şəhəri
ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya
paytaxtına göndəriləcək Azərbaycan məhsullarının
həcminin daha da artırılacağına əmin
olduğunu dedi.
Prezident
İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik
etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin
əlaqələrimizin daha da inkişaf etdirilməsi və
ölkəmizlə daha yaxından tanış olmaq işinə
xidmət edəcəyinə ümidvar olduğunu
vurğuladı.
Nümayəndə
heyətinə göstərilən yüksək qonaqpərvərliyə
görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını
bildirən Moskva şəhərinin meri Sergey Sobyanin dedi: “Həqiqətən,
Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri
çoxəsrlik tarixə malikdir və olduqca yaxşı
haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə
davam edir”. Ticarət dövriyyəsinin artmasının önəmini
vurğulayan Moskva şəhərinin meri bildirdi ki, Azərbaycandan
Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının
həcmi üç dəfə artıb və bu həcmin daha
da genişləndirilməsi üçün yaxşı
imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri
arasında imzalanacaq memorandum və əlavə sazişlərdə
iqtisadi əməkdaşlığımızın daha da
genişləndirilməsi ilə bağlı konkret məsələlərin
əks olunduğunu qeyd edən Sergey Sobyanin bu sənədləri
ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə
qalxmasının göstəricisi kimi dəyərləndirdi.
Azərbaycan.-2014.- 26 sentyabr.- S.1.