"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 309                   Bakı şəhəri, 16 sentyabr 2014-cü il

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına

icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin

 

SİYAHISI

 

1.Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:

1.1. tikintiyə icazə;

1.2. xarici daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;

1.3. tikinti obyektinin ünvanı haqqında arayış;

1.4. liftlərin istismara qəbulu aktı;

1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı;

1.6. tikinti obyektinin sanitar-gigiyena sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena Epidemiologiya Mərkəzinin arayışı;

1.7. obyektin layihə üzrə faktiki əsas texniki göstəriciləri haqqında arayış;

1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);

1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;

1.10. sənaye istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin arayışı;

1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma tikintiyə dair normativ sənədlərin tələblərinə tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);

1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.

2. Digər obyektlərə aşağıda qeyd edilən sənədlər əlavə olunmalıdır:

2.1. körpülər üzrə:

2.1.1. körpünün yük altında sınaq aktı;

2.2. avtomobil yolları üzrə:

2.2.1. yolun istismara hazırlığı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin aktı;

2.3. elektrik stansiyaları üzrə:

2.3.1. stansiyanın tam gücü ilə işləməsinə dair sınaq aktı;

2.3.2. yerləbirləşdirmə ildırımötürücünün sınaq aktı;

2.3.3. elektrik stansiyalarının ətraf mühitə təsirinin yoxlanılması aktı;

2.3.4. maşın zallarında səs-küyün normaya uyğunluq aktı;

2.4.aeroportlar (hava limanları) üzrə:

2.4.1.uçuş-enmə zolağının yoxlanılması aktı;

2.4.2. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından uçuşlara icazə sənədi;

2.4.3. uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluq aktı;

2.4.4. uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında akt;

2.4.5. dispetçer avadanlıqlarının istismara yararlılıq aktı;

2.5. magistral boru kəmərləri üzrə:

2.5.1. boruların təyinatı üzrə doldurulması və onların sınaq aktı;

2.5.2. boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması aktı;

2.6. hidrotexniki qurğular üzrə:

2.6.1.su doldurulduqdan sonra bəndin susızması haqqında müayinə aktı;

2.6.2. su anbarlarındakı şlüzlərin yük altında sınaq aktı;

2.7. metro və tunellər üzrə:

2.7.1.mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.7.2. havalandırma sisteminin effektivliyinin yoxlanılması aktı;

2.7.3. metro kontakt relslərinin yük altında sınaq aktı;

2.7.4. eskalatorların istismara qəbul aktı;

2.7.5. sınaq qatarının yola buraxılması, yolun yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.8. dəmir yolları üzrə:

2.8.1.mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.8.2. relslərin yük altında sınaq aktı;

2.8.3. sınaq qatarının yola buraxılması, yolun yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.9.qapalı idman qurğuları, konsert sərgi salonları, mərasim zalları, kinoteatr teatrlar üzrə:

2.9.1. quraşdırılmış səs, işıq, havalandırma, müşahidə digər sistemlərin sınaq aktları;

2.9.2. aşırım konstruksiyalarının keyfiyyət sertifikatları sınaq aktları;

2.9.3. asma konstruksiyaların yük altında sınaq aktı;

2.9.4. quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə toztutma sistemlərinin sınaq aktları;

2.10. mürəkkəb müasir texnologiyalı, iri sənaye digər obyektlər üzrə:

2.10.1. obyektin təyinatı, istismarı yeni tətbiq olunmuş elmi-texniki nailiyyətlərin son texnologiyasına uyğun olaraq quraşdırılmış avadanlıq texnoloji proseslərin sınaq aktları.    

 

 

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 1.