"Tikintiyə icazədə nəzərdə
tutulan əlavə şərtlərin
siyahısı və onların tətbiqi halları"nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 304 Bakı şəhəri,
11 sentyabr 2014-cü il
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 304 nömrəli qərarı ilə təsdiq edilmişdir
Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda - həmin tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
2. Tikintinin aparılması nəzərdə tutulmuş
ərazinin əhatə dairəsində yerləşən
daşınmaz tarix və mədəniyyət
abidələrinin onların dayanıqlılığı və
möhkəmliyi, fiziki-mexaniki və
fiziki-kimyəvi baxımdan həmin tikinti
işlərinin mənfi təsiri müəyyən edildiyi hallarda - abidələrin
qorunması üçün əsaslandırılmış
əlavə tədbirlərin həyata keçirilməsi.
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 1.