Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 300                   Bakı şəhəri, 8 sentyabr 2014-cü il

 

 

"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.6-cı bənddə "2 (iki)" rəqəmi və sözü "1 (bir)" rəqəmi və sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3.14-cü bənd əlavə edilsin:

"3.14. Akkreditə edilmiş mərkəzlər verilmiş sertifikatlar reyestrinə daxil olan məlumatların statistikasını rübdə bir dəfə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin məlumatları ümumiləşdirərək internet informasiya ehtiyatlarında yerləşdirilməsini və KİV-də yayımlanmasını təmin edir.".

 

Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 1.