65 yaşlı SUMQAYIT

 

 

Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində öz yeri olan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Həyata keçirilən dövlət proqramlarının real nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu sırada son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri hər bir rayonun, şəhər və kəndin inkişaf yoluna  çıxarılmasıdır.

Ölkəmizdəki yüksəlişi Sumqayıtın da timsalında aydın görmək mümkündür. Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olmuş Sumqayıt bu şərəfli adı indi də daşıyır. Son illər şəhərdə onlarla yeni sənaye müəssisəsinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Ümumiyyətlə, gənclər şəhəri olan Sumqayıt son illərdə bir çox istiqamət üzrə qazandığı nailiyyətlərlə fərqlənir.

Qeyd edək ki, Sumqayıt şəhərinin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ sovet illərində sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri danılmaz bir faktdır. Respublikaya rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olub.

Heydər Əliyev 1969-cu ildə ölkəmizdə rəhbərliyə başlayanda Sumqayıtda əsas etibarilə metallurgiyakimya müəssisələri var idi. Bir il sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi və şəhər öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Sumqayıtın istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Məhz 70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. Dünyanın, demək olar ki, əksər ölkələrinə ixrac olunan sənaye məhsullarının  keyfiyyəti və şəhərdə əsaslı tikintinin gedişi ilə daim maraqlanan, tez-tez məlumatlar alan ölkə başçısı Sumqayıta qayğı ilə yanaşır, ortaya çıxan bütün problemlərini operativ həll edirdi.

Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi surətdə köhnəlməsi səbəbindən, demək olar ki, əksər zavod və fabriklər öz fəaliyyətini dayandırmış və ya az güclə işləməyə başlamışdı. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, şəhərdə yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni yerləri açılsın, bununla da Sumqayıt yenidən iqtisadikadr potensialı ilə seçilən şəhərə çevrilsin.

Ulu öndərin apardığı və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadisosial siyasətin nəticəsində bu məqsədə addım-addım yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair birinciikinci Dövlət Proqramının uğurla icrası, habelə üçüncü dövlət proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxarıb. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi cəkisi yuksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsalemal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.

Əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimyaneft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyintiyüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, artıq Sumqayıtda 200-dən çox sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Sumqayıt şəhəri üzrə 16 bənddən ibarət genişmiqyaslı tədbirlərin icrası müəyyən edilib. Şəhərin sənaye sahəsinin inkişafı istiqaməti üzrə Sumqayıt Kimya Sənaye Parkı çərçivəsində işlərin davam etdirilməsi, neft-kimya və digər sənaye sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən karbamid istehsalı zavodunun tikintisinin davam etdirilməsi, şəhərdə abadlıq-quruculuq işlərinin, yol infrastrukturunun təkmilləşdirilməsinin və elektrik enerjisi təminatının, istilik təchizatının və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması qarşıya qoyulub. Dövlət proqramında Sumqayıt üzrə müəyyən edilmiş tədbirlərin icrası çərçivəsində sənaye parklarının yaradılması şəhər iqtisadiyyatının inkişafına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək.

Hər zaman Sumqayıta və sumqayıtlılara xüsusi ehtiram və diqqətlə yanaşan Prezident İlham Əliyevin Sumqayıta etdiyi səfərlər şəhərə və onun əhalisinə olan xüsusi diqqətin göstəricisidir. Eyni zamanda, son illər şəhər sakinlərinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, dayanmadan aparılan abadılıq və quruculuq işləri də dövlət başçısının Sumqayıta olan diqqətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin "Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlarımız, icra mexanizmlərimiz varbiz bunu edəcəyik" sözləri dövlət başçısının Sumqayıta olan xüsusi diqqətini təsdiq edir.

İndiyədək görülən işlərin nəticəsində Sumqayıt çox qısa bir müddət ərzində öz simasını dəyişib. Binalarin dam örtüklərinin və fasad hissələrinin tam yenilənməsi, yol kənarlarında yerləşən ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulması, səkilərin daş plitələrlə döşənməsi, yeni işıq dirəklərinin quraşdırılması, digər sosial obyektlərin yaradılması, yaşıllıqların salınması və bu kimi görülən digər işlər şəhərin estetik baxımdan gözəlliyinə böyük töhfələr verməkdədir. 

Bu gün hər bir sumqayıtlı aparılan və səngimədən davam etdirilən abadılıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərlərdən, sözün əsl mənasında, zövq alır. Bu onun göstəricisidir ki, ölkə boyu aparılan abadlıq və quruculuq işləri burada ən yüksək səviyyədə öz təzahürünü tapmaqdadır. Əminlıklə deyə bilərik ki, Sumqayıtın gələcək inkişafı üçün hazırlanan proqram və layihələrin nəticəsində bu şəhər nəinki respublikamızın, hətta Avropanın və dünaynın ən gözəl diyarlarından birinə çevriləcək.

Bu ilin arxada qalan dövrü də Sumqayıt üçün sosial-iqtisadi inkişaf baxımından əlamətdardır. Çünki əvvəlki illərdə olduğu kimi, bu il də Sumqayıtda şəhər həyatının bütün sahələrində uğurlar əldə olunub, nəticə etibarilə insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib. Şəhər üzrə ümumi məhsul buraxılışının, xüsusən sənaye sektorunda məhsul istehsalının həcmi, sosial-iqtisadi sahədə çalışan işçilərin orta aylıq əməkhaqqı, ayrı-ayrı sahələrin inkişafına yönəldilən sərmayələr artıb, yeni yerləri açılıb.

Bu il sumqayıtlılar üçün əlamətdar hadisələrdən biri də Sumqayıtın şəhər statusu almasının 65 ilinin tamam olmasıdır. Bu münasibətlə şəhərdə silsilə tədbirlər keçirilib. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə sentyabrın 22-də ümummilli lider Heydər Əliyevin abidəsi önündəki meydanda gənc velosipedçilərin və çaparların şəhərin yubileyinə həsr olunmuş yarışı təşkil olunub. Yarışın açılış mərasimində şəhər rəhbərliyi, Milli Məclisin deputatları, xarici qonaqlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Turnirdə şəhərin ayrı-ayrı yaşayış massivlərini təmsil edən və yaşı 14-dən yuxarı olan 200 nəfərdən çox həvəskar velosipedçi, 50-yə yaxın çapar at belində öz məharətini göstərib.

Sentyabrın 23-də isə Sumqayıtın 65 illik yubileyinə həsr edilmiş Şəhər Günü bayramı qeyd olunub. Xatırladaq ki, hər il böyük təntənə ilə qeyd olunan Şəhər Günü bayramı artıq sumqayıtlıların doğma bayramı kimi qəbul edilir. Şəhər Günündə Sumqayıtda möhtəşəm paradın təşkil olunması, musiqili konsert proqramları və müxtəlif ölkələrdən gəlmiş incəsənət qruplarının çıxışları bu tədbiri daha da rəngarəng edir. Bu dəfəki bayram tədbiri isə daha möhtəşəm idi. Bu münasibətlə dünyanın 23 ölkəsindən və respublikanın regionlarından Sumqayıta gələn qonaqlar möhtəşəm, maraqlı və gözəl bir tədbirin şahidi olublar.

Sumqayıt sakinlərinin artıq ənənəyə çevrilmiş bu bayram tədbirlərinə xüsusi həvəs və təşəbbüskarlıqla hazırlaşdıqları hiss edilirdi. Şəhərin siması da dəyişib. Sumqayıtın hər bir guşəsi yubileydən xəbər verir. Bayram ərəfəsində milli geyimli gənclər, içərisində nağıl personajları olan elektromobil karvanı hər kəsi Şəhər Gününə səsləyirdi.

Bayram şənlikləri başlamazdan əvvəl Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndəsi Əlibala Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, vitse-prezidenti David Məmmədov, ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, habelə Azərbaycanda akkreditə edilmiş bir sıra diplomatik missiyaların nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular.

Bayram şənlikləri ənənəyə əsasən, Sumqayıtın yaxınlığında yerləşən, yaşı 2 min ildən çox olan Corat qəsəbəsinin qədim qala divarları önündə başlandı. Burada yaradılmış bazar meydanında Şəhər Gününə həsr olunmuş döyüş effektləri ilə dolu olan möhtəşəm səhnələşdirilmiş meydan tamaşası təqdim olundu. Ümummilli lider Heydər Əliyevin "Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir" sözləri tədbirin proloqu idi. Şəhərin keçdiyi bütün təşəkkül yolu tədbir iştirakçılarının gözü qarşısında canlandı. Minlərlə Sumqayıt sakini bu qeyri-adi tamaşadan zövq aldı. Coratın qala divarlarının qarşısından keçən ticarət karvanları, böyük Roma sərkərdəsi Pompeyinonun qladiatorlarının, həmçinin məşhur fransız yazıçı və səyyahı Aleksandr Dümanın  obrazları canlandı.

Tamaşaçılar Sumqayıtda aparılan tikinti işlərinin elementlərini də seyr etdilər. Bir göz qırpımında şəhərin rəmzləri meydanda göründü. Coratlı meyxanaçılar duetinin Sumqayıta həsr edilmiş improvizəsi çox orijinal və maraqlı idi. Coratda keçirilən tədbirin sonunda dövlət başçısı İlham Əliyevin Sumqayıtın sənaye şəhəri kimi inkişaf etdirilməsi barədə fikirləri səsləndi. Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Şəhərin dənizə çıxışının olması burada turizm və mədəniyyət infrastrukturunun inkişaf etdirilməsinə əlverişli şərait yaradır.

Sonra bayram şənliyinin iştirakçıları Sumqayıtın mərkəzində yerləşən Dövlət Bayrağı Meydanına yollandılar. Hərbi orkestrin ifasında marş sədaları altında əsgərlər Azərbaycanın dövlət bayrağını meydana gətirdilər. Hərbi texnika, əsgərlər, süvarilər, velosipedçi və motosikletçilər dəstəsi Sumqayıt sakinlərinin və şəhərin qonaqlarının qarşısından keçdilər.

Tədbir iştirakçıları Sumqayıtın qəhrəman idmançılarını alqışlarla qarşıladılar. DünyaAvropa çempionatlarının mükafatçıları olan 100-dən çox sumqayıtlı idmançı Azərbaycan idmanının şöhrətini dünyaya yayanlardandılar.

Sonra idmançıları Sankt-Peterburqdan gəlmiş təbilçi qızlar qrupu və respublikanın regionlarından 11 folklor kollektivi əvəz etdi. Böyük gəminin göyərtəsində Azərbaycan nağıllarının və ədəbi əsərlərin personajları göründü. Onların arxasınca böyük kuklalar üzürdü.

"Şahin" respublika hərbi idman oyununun qalibləri olan Sumqayıt məktəblilərinin dəstələri göz oxşayırdı. Şəhərin orta məktəblərinin şagirdləri və məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqlar xüsusi müsbət əhval-ruhiyyə yaradırdı. Əllərində bayraqlar, əlvan lentlər, şarlar, çiçəklər tutmuş bu şən, səliqəli uşaqlar sumqayıtlıların quruculuq əzmini təcəssüm etdirirdi.

Paradın sonunda Şuşa şəhər-qalasının böyük maketi meydana gətirildi. Maketdə bu diyarın tanınmış şəxsləri təsvir edilmişdir. Tədbir iştirakçılarında belə bir inam var idi ki, hazırda işğal altında olan torpaqlar hökmən azad ediləcək.

Sonra Sumqayıt səmasında Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterləri göründü. Xüsusi təyinatlı sərhədçilər dəstəsi meydanda toplaşan bütün tamaşaçıları vəcdə gətirən şou göstərdi. Əllərində dövlətimizin bayraqları olan hərbi desant dəstəsi üzvlərinin Sumqayıt Dövlət Dram Teatrının binasının damına helikopterdən bir-birinin ardınca enməsi anına hamı böyük həyəcanla tamaşa edirdi. Hərbi aviatorlar meydan üzərində bir dəfə də dövrə vurub milli bayrağımızın yaşıl, qırmızı və mavi rənglərinə boyanmış təbrik açıqcaları səpələdilər.

Sumqayıtın 65 illik yubileyinə həsr olunanbütöv bir günü əhatə edən Şəhər Günü bayramı axşam saatlarında Azərbaycanın tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam etdi və möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 3.