Fövqəladə hallar
naziri Şəmkir şəhərində
vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən
fövqəladə hallar naziri Kəmaləddin Heydərov
sentyabrın 25-də Şəmkir şəhərindəki “Zəka”
Gənclərin İntellektual İnkişaf Mərkəzində
Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları
qəbul edib.
AzərTAc
xəbər verir ki, nazir Kəmaləddin Heydərov tərəfindən
qəbul edilən 23 vətəndaşın müraciətlərinin
bir çoxu yerindəcə həll edilib, bir sıra məsələlərlə
bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlər
görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə
tapşırıqlar verilib.
Bundan
əlavə, kadr məsələləri ilə bağlı
107, digər məsələlərlə bağlı
müraciət etmiş 50 vətəndaş nazir müavinləri,
nazirliyin baş idarə və qurumlarının rəhbərləri
tərəfindən qəbul olunub.
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 5.