Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Liberal-Demokrat Partiyasının sədri,
Dövlət Şurasının üzvü,
Dövlət Dumasının deputatı Vladimir
Jirinovskini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
26-da Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya
Federasiyası Dövlət Şurasının üzvü,
Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul
edib.
Görüşdə
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin
möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın
rolu qeyd edildi, iki ölkənin ali qanunvericilik orqanları
arasında əməkdaşlığın bundan sonra daha da
genişləndirilməsi üçün yaxşı
imkanların olduğu bildirildi.
Söhbət
zamanı ikitərəfli münasibətlər, o cümlədən
parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti
və perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.1.