"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 312                   Bakı şəhəri, 26 sentyabr 2014-cü il

 

 

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 52; 2008, ¹ 5, maddə 436) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin.

2.  Həmin qərarla təsdiq edilmiş "Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları" üzrə:

2.1. adında "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin;

2.2. 1.2-ci bənddə "ümumrespublika" sözü  "ölkə" sözü ilə əvəz edilsin;

2.3. 1 nömrəli cədvəlin 1-ci hissəsinin "Tədbirlər" sütununda "Respublika" sözü "ölkə" sözü ilə, "respublikadaxili" sözü "ölkədaxili" sözü ilə əvəz edilsin;

2.4. 2 nömrəli cədvəlin "Hakim kateqoriyalarını nəzərə almaqla, ödənclərin miqdarı (manatla)" sütununda "RK" akronimi "ÖK" akronimi ilə əvəz edilsin və "Akronimlər" hissəsində "RK - Respublika kateqoriyalı" sözləri "ÖK - Ölkə kateqoriyalı" sözləri ilə əvəz edilsin;

2.5. 3 nömrəli cədvəlin 1-ci hissəsinin "İdman tədbirlərinin adı" sütununda və 4 nömrəli cədvəlin 2-ci hissəsinin "İdman tədbirlərinin miqyası" sütununda "Ümumrespublika" sözü "Ölkə" sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 27 sentyabr.- S. 1.