Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin və
icmal büdcənin layihələri və
sonrakı üç il
üçün icmal
büdcənin göstəriciləri, Azərbaycan
Respublikasının 2015-ci il və gələn
üç il üzrə
iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz
göstəriciləri haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 310 Bakı şəhəri,
23 sentyabr 2014-cü il
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı "Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilsin.
2. Bu sənədlər və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 27 sentyabr.- S. 1.