Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr

 edilmiş ikicildlik kitabın təqdimatı olub

 

Sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, alimpedaqoq, Əməkdar Elm Xadimi, professor Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr olunmuş ikicildlik kitabın təqdimatı mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, kitabın müəllifi və tərtibçisi filologiya elmləri doktoru, professor Teymur Əhmədov, redaktoru BDU-nun kafedra müdiri Ədibə Paşayevadır.

Tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq Mir Cəlal Paşayevi istedadlı yazıçı, böyük müəllim, xeyirxah insan kimi xarakterizə edib və ədibin xatirəsinə həsr olunmuş ikicildliyin nəşrini yüksək qiymətləndirib.

Bildirilib ki, kitabın “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmipedaqoji fəaliyyəti” adlı birinci cildində Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb.

Nurlan” nəşriyyat poliqrafiya mərkəzi tərəfindən nəfis şəkildə çapdan buraxılmış bu kitabın ikinci cildiMir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə ədibin fotoşəkilləri, əlyazmaları və epistolyar irsi toplanıb.

Təqdimat mərasimində çıxış edənlər XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş söhbət açıblar.

 

Azərbaycan.-2014.- 27 sentyabr.- S.3.