Əmlak Məsələləri Dövlət
Komitəsinin
sədri Şabranda vətəndaş
qəbulu keçirib
Azərbaycan
Respublikası Prezidentinin tapşırığına uyğun
olaraq, sentyabrın 26-da Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri Kərəm Həsənov
növbəti vətəndaş qəbulu keçirib.
AzərTAc
xəbər verir ki, Şabran şəhərindəki Heydər
Əliyev Mərkəzində keçirilən qəbulda Şabran,
Xızı, Siyəzən, Şamaxı və Qobustan
rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Komitə
sədri onların müraciətlərinə baxıb, təklif
və xahişlərini diqqətlə dinləyib.
Qəbula
gələn vətəndaşlar torpaq sahələrinin,
yaşadıqları fərdi həyət evləri və mənzillərinin,
kommersiya məqsədilə istifadə etdikləri
qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi
ilə əlaqədar müraciət ediblər. Bundan əlavə,
vətəndaşlar bu istiqamətdə zəruri hüquqi
yardımın göstərilməsi, müraciətlərindəki
məsələlərin həllində
qarşılaşdıqları çətinliklərin aradan
qaldırılması ilə bağlı da tədbirlərin
görülməsini istəyiblər.
Bir
neçə vətəndaşın müraciəti isə
dövlət əmlakının özəlləşdirilməsi
və icarəsi ilə bağlı olub. Onlar icarə
müqaviləsi əsasında istifadə etdikləri, eləcə
də icarədə və istifadədə olmayan dövlət
əmlakının özəlləşdirilməsi barədə
müraciət ediblər.
Sədr
komitənin səlahiyyətlərinə aid olan bir sıra vətəndaş
müraciətlərinin təcili həlli üçün
tapşırıq və göstərişlərini verib. Eyni
zamanda, vətəndaşlara komitənin fəaliyyətinə
aid olan məsələlərlə bağlı qanunvericilik
izah edilib və məsləhətlər verilib. Qəbulda
araşdırılması tələb olunan müraciətlər
qeydiyyata alınıb. Vətəndaşlara müraciətlərin
nəticələri barədə məlumatın veriləcəyi
bildirilib.
Komitə
sədri əvvəlcədən qəbula yazılmayan və qəbul
günü birbaşa müraciət edən vətəndaşları
da qəbul edib və müraciətlərini dinləyib.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.6.