Dövlət Gömrük
Komitəsinin sədri Şamaxıda vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikası Prezidentinin tapşırığına uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən bölgələrdə vətəndaşların
qəbulu davam etdirilir.
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Aydın Əliyev
sentyabrın 26-da Şamaxı şəhərindəki Heydər
Əliyev Mərkəzində vətəndaşları qəbul
edib.
Dövlət
Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, qəbulda bölgədə yerləşən
Şamaxı, Qobustan, Ağsu rayonları sakinlərinin
müraciətləri dinlənilib.
Vətəndaşların
müraciətlərinin əksəriyyəti işə qəbul
və digər məsələlərlə bağlı olub.
Komitənin
sədri Aydın Əliyev hər bir vətəndaşın
müraciətinin diqqətlə araşdırılması və
qaldırılan məsələlərin qanunvericiliyə
uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə
tapşırıq verib.
Qəbul
zamanı qaldırılan məsələlərin bir çoxu
yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə
aid olmayan məsələlərlə bağlı müraciətlər
isə qeydiyyata alınaraq aidiyyəti qurumlara
çatdırılmaq üçün nəzarətə
götürülüb.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.6.