Nəqliyyat naziri Oğuzda vətəndaşların müraciət
və təkliflərini dinləyib
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq nəqliyyat naziri Ziya Məmmədov sentyabrın
26-da Oğuz şəhərində növbəti qəbul
keçirib.
AzərTAc
xəbər verir ki, nazirliyin struktur bölmələri rəhbərlərinin
iştirakı ilə Olimpiya İdman Kompleksində
keçirilən qəbulda Qəbələ, Şəki və
Oğuz rayonlarında yaşayan vətəndaşların yol
infrastrukturu və nəqliyyat məsələləri ilə
bağlı müraciət və təklifləri dinlənilib.
Vətəndaşların
müraciətləri əsasən, kəndlərarası və
kənddaxili yolların bərpası, körpülərin
salınması və digər məsələlərlə
bağlı olub.
Qəbul
zamanı qaldırılan məsələlərin bir
çoxu yerindəcə həllini tapıb, digər müraciətlərin
araşdırılaraq həll olunması üçün
nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə
müvafiq tapşırıqlar verilib.
Nazirliyin
səlahiyyətlərinə aid olmayan, o cümlədən
şəxsi xarakter daşıyan müraciətlər aidiyyəti
qurumlara çatdırılmaq üçün qeydiyyata
alınaraq nəzarətə götürülüb.
Ziya
Məmmədov son illər ölkəmizdə, o cümlədən
bu bölgədə yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması istiqamətində
davamlı tədbirlərin həyata keçirildiyini,
yaşayış məntəqələrini birləşdirən
avtomobil yollarının yenidən qurulduğunu bildirib. Vətəndaşların
diqqətinə çatdırılıb ki, bu istiqamətdə
tədbirlər bundan sonra da ardıcıl davam etdiriləcək.
Vətəndaşlar
qəbulla bağlı yaradılan şəraitdən
razılıqlarını bildiriblər.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.6.