İqtisadiyyat və sənaye
naziri Qəbələ şəhərində
vətəndaşları qəbul edib
Azərbaycan
Respublikası Prezidentinin tapşırığına uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən bölgələrdə vətəndaşların
qəbulu davam etdirilir.
Qəbul
zamanı vətəndaşların müraciətləri dinlənilir,
onlar tərəfindən qaldırılan məsələlərin
və irəli sürülən təkliflərin operativ həlli
üçün müvafiq tədbirlər görülür.
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev tərəfindən
bölgələrdə vətəndaşların növbəti
qəbulu sentyabrın 26-da Qəbələdə
keçirilib.
İqtisadiyyat
və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, Qəbələ Mədəniyyət Mərkəzində
təşkil edilmiş qəbulda Oğuz, Qəbələ,
Ağdaş və İsmayıllı rayonlarından olan yerli
sakinlərin və bu rayonlarda məskunlaşmış məcburi
köçkünlərin müraciətlərinə
baxılıb.
Nazir
Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların
sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin
verilməsi, istehsal və emal müəssisələrinin
yaradılması, artezian quyusunun qazılması,
yaşayış məntəqəsinin
qazlaşdırılması, sosial və s. məsələlərlə
bağlı müraciətlərini diqqətlə dinləyib,
bir sıra məsələlər yerindəcə həllini
tapıb, araşdırma tələb olunan məsələlərin
operativ həlli üçün nazirliyin aidiyyəti
qurumlarının rəhbərlərinə müvafiq
tapşırıqlar verib. İqtisadiyyat və Sənaye
Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan
müraciətlər isə aidiyyəti qurumlara
çatdırılması üçün qeydiyyata
alınıb.
Qəbulda
olan sahibkarlarla müzakirələr aparılıb, onların
iri fermer təsərrüfatının yaradılması,
süd emalı sexinin təşkili, balın sənaye
üsulu ilə emalı və qablaşdırılması,
ayaqqabı istehsalı, taxılçılığın
inkişaf etdirilməsi və s. sahələr üzrə
investisiya layihələrinin güzəştli kreditlər
hesabına maliyyələşdirilməsi barədə
müvafiq göstərişlər verilib.
Qeyd
edək ki, qəbul barədə ictimaiyyətin ətraflı
məlumatlandırılması, eləcə də vətəndaşların
rahatlığının təmin edilməsi məqsədilə
əvvəlcədən kütləvi informasiya vasitələrində
elanlar verilib və qəbula yazılmaq üçün əlaqə
vasitələri göstərilib. Vətəndaşlar
nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə
nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin
internet və “Facebook” səhifələri vasitəsilə qəbula
yazılıblar.
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən
mütəmadi olaraq bölgələrdə vətəndaşların
qəbulunun təşkilindən razılıqlarını
bildirən vətəndaşlar yaradılan şəraitə
görə dövlətimizin başçısına minnətdarlıq
ediblər.
Ümumilikdə,
bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən
Salyan, Qobustan, Sumqayıt, Siyəzən, Ağdam, Zaqatala, Qusar
və Qəbələdə vətəndaş qəbulları
keçirilib, 600-ə yaxın vətəndaşın
müraciətinə baxılıb. İndiyədək isə
iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə
23 vətəndaş qəbulu keçirilib. Bu qəbullarda 1350-dək vətəndaş iştirak edib.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.6.