Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət
Komitəsinin sədri Lənkəranda
vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstəriş
və tövsiyələrinə, mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə
müvafiq olaraq sentyabrın 26-da Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova Lənkəran şəhərində vətəndaşları
qəbul edib.
AzərTAc
xəbər verir ki, şəhərdəki Heydər Əliyev
Mərkəzində keçirilən qəbulda Astara, Lənkəran,
Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar,
Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşlar
iştirak ediblər.
Komitə
sədrinə müraciət edən vətəndaşlar daha
çox təmsil etdikləri rayonlarda qadın, ailə və
uşaq problemləri ilə bağlı təkliflərini
bildiriblər.
Qəbul
zamanı vətəndaşları narahat edən bəzi məsələlər
yerindəcə həllini tapıb, digər müraciətlər
isə müvafiq qurumlara çatdırılmaq
üçün qeydiyyata alınıb.
Qəbuldan
sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Lənkəran
rayonunun fəal qadınlarının görüşü
keçirilib.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.6.