"Bədən
tərbiyəsi və
idmanla bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 313 Bakı
şəhəri, 26 sentyabr
2014-cü il
"Dövlət büdcəsindən
maliyyələşən təşkilatlar
tərəfindən beynəlxalq
və ölkə səviyyəli tədbirlər
keçirilməsi ilə
bağlı öhdəlik
götürülməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 12, maddə 1073; 2010, ¹ 4, maddə 354) ilə təsdiq edilmiş "İctimai birliklərə
respublika idman federasiyası statusunun verilməsi üçün
onların dövlət
akkreditasiyası Qaydası"nın
1-ci hissəsində "respublika"
sözü "ölkə"
sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 28 sentyabr.- S. 1.